Cəlilabad rayonun Sərhədabad kəndində yerləşən fərdi yaşayış evində yangın qeydə alınıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə qüvvələri cəlb olunub.
Bildirilir ki, yanğın baş verən ev sahibinin övladının bu gün şadlıq sarayında toy mərasimi keçirilirmiş.
Hadisə ilə bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu