Sabirabad rayonunun Məmişlər kəndində yanğın hadisəsi qeydə alınıb.
Bizim.Media-nın yerli bürosunun əldə etidyi məlumata görə, kənd sakini Tağıyev Nəriman Əliağa oğluna məxsus yardımçı tikilidə alov yaranıb.
İçəridə çoxlu sayda ot bağlamasının olması yanğının sürətlə böyüməsinə səbəb olub.
Xəbər daxil olan kimi əraziyə Fövqəladə Hallar Nazirliyinin Sabirabad Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və şəxsi heyəti göndərilib.
Hazırda yanğının nəzarət altına alınması istiqamətində işlər görülür. Hadisə ilə bağlı müvafiq araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu