Hər il tibbi müayinədən keçməyənlərə XƏBƏRDARLIQ

Vaxtında həkimə müraciət etməmək bir çox xəstəliklərin gec aşkarlanmasına və ağırlaşmasına səbəb olur. Xüsusilə xərçəng, şəkərli diabet, yüksək təzyiq kimi xroniki xəstəliklər erkən mərhələdə gizli inkişaf etdiyindən, müntəzəm müayinələr həyati əhəmiyyət daşıyır. Çünki  xəstəliyin qarşısını almaq, onu müalicə etməkdən daha asandır.

Bəs insan ildə neçə dəfə həkim müayinəsindən keçməlidir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən tibb eksperti Aydın Əliyev bildirib ki, xəstəliyin əsas səbəblərindən biri genetik zəiflik olsa da, yaşadığımız mühit də böyük rol oynayır:

“Əvvəla qeyd edim ki, xərçəngin yaranmasının səbəbi yalnız genetik amillərlə məhdudlaşmır. Əsas təsir edən amil ekoloji vəziyyətdir. Dünyada ekologiya biabırçı durumdadır. Keyfiyyətsiz qidalar, içkilər, siqaret, su və gündəlik gərginliklər insan orqanizmində hüceyrə quruluşunu dəyişir. Bu dəyişikliklər də bədənin normal fəaliyyətinə mane olur və nəticədə xərçəng xəstəliyi yaranır”.

Ekspertin sözlərinə görə, tibbi müayinələrdə gecikmək də risk faktorudur:

“İnsan orqanizmində hər hansı zəiflik hiss olunursa, dərhal həkimlə məsləhətləşmək lazımdır. Ümumiyyətlə, ildə ən azı 1-2 dəfə, ehtiyac olarsa isə 3 dəfə tibbi müayinədən keçmək tövsiyə olunur. Çünki bir orqanda yaranan problem digər orqanlara da təsir göstərə bilir. Həkimlərin məsuliyyəti isə iki əsas məsələdən ibarətdir - düzgün diaqnoz qoymaq və düzgün müalicə vasitələri təyin etməkdir”.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM:11 aprel tarixində baş vermiş mühüm hadisələr

BİZİM TƏQVİM:11 aprel tarixində baş vermiş mühüm hadisələr

Kraliçanın 100 illik yubileyi keçiriləcək

Kraliçanın 100 illik yubileyi keçiriləcək

Depressiyadan qorunmağın ən asan yolu

Depressiyadan qorunmağın ən asan yolu

Türkiyədən Suriyaya 5 il ərzində 1,4 milyondan çox qaçqın qayıdıb

Türkiyədən Suriyaya 5 il ərzində 1,4 milyondan çox qaçqın qayıdıb

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

Məşhur aktyor "A.B.İ"də - FOTO

Məşhur aktyor "A.B.İ"də - FOTO

“WhatsApp”a yeni funksiya gəldi

“WhatsApp”a yeni funksiya gəldi

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

Aysel Teymurzadənin övladlarının FOTOSU

Aysel Teymurzadənin övladlarının FOTOSU

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

Ukrayna və Türkiyə olmasa, Avropa Rusiyadan zəif olar

Ukrayna və Türkiyə olmasa, Avropa Rusiyadan zəif olar

Prezident Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO

Prezident Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO

İran və ABŞ nümayəndə heyətləri İslamabada ÇATDILAR

İran və ABŞ nümayəndə heyətləri İslamabada ÇATDILAR

Söyüş söyən daha bir tiktoker SAXLANILDI

Söyüş söyən daha bir tiktoker SAXLANILDI

Şahbaz Şərif Kir Starmerlə DANIŞDI: Nələr müzakirə edildi?

Şahbaz Şərif Kir Starmerlə DANIŞDI: Nələr müzakirə edildi?

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO

İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən YENİ VİDEO

İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən YENİ VİDEO

Məşhur türk serialında Azərbaycan mahnısı SƏSLƏNDİ – VİDEO

Məşhur türk serialında Azərbaycan mahnısı SƏSLƏNDİ – VİDEO

Kürdəmirdə magistral su boru kəmərindəki partlayışla bağlı araşdırma başladı – FOTO

Kürdəmirdə magistral su boru kəmərindəki partlayışla bağlı araşdırma başladı – FOTO

Fatimənin villasından görüntülər MÜZAKİRƏ YARATDI – VİDEO

Fatimənin villasından görüntülər MÜZAKİRƏ YARATDI – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO

“Borussiya” bu futbolçu ilə müqavilə imzaladı

“Borussiya” bu futbolçu ilə müqavilə imzaladı

End of content

No more pages to load

RADİO