Xaricdə təhsil alan tələbələrin Azərbaycan universitetlərinə köçürülməsi ilə bağlı 2025/26-cı tədris ili üçün 11 xarici ölkədən 100-dən artıq müraciət daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi yayıb.
Qeyd olunub ki, imtina edilən müraciətlərin sayı ümumi müraciətlərin 10 faizindən çox deyil. İmtinanın əsas səbəbləri kimi qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcud olmaması və təhsil göstəricilərində uğursuzluq göstərilib.
Vurğulanıb ki, attestat əsasında xarici ali təhsil müəssisələrinə qəbul olunmuş şəxslər qüvvədə olan qaydalara əsasən ölkə daxilindəki ali təhsil müəssisələrinə köçürülə bilməzlər. (Report.az)
Bizim.Media