Sentyabrın 7-də unudulmaz BİR GECƏ olacaq

Sentyabrın 7-də 2025-ci ilin ikinci Ay tutulması baş verəcək.

Bizim.Media xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından apa.az-a verilən məlumata görə, bu, bəzən “Qanlı Ay” da adlandırılan tam Ay tutulmasıdır.

Tam Ay tutulması - Günəş, Yer və Ay eyni xətt üzərində düzüləndə, Yerin kölgəsi Ayın üzərinə düşdükdə və ya Ay tamamilə Yerin kölgəsinə girdikdə baş verir. Bu zaman Ay tamamilə yox olmur, əksinə, qırmızımtıl rəngə boyanır. Buna səbəb Günəş işığının Yer atmosferində sınma və səpilmə səbəbindən qırmızı və narıncı şüaların Ay səthinə çatmasıdır. Qanlı rəng Ay üfüqdə olarkən daha “dramatik” görünə bilər. Çünki həm Yer atmosferindən keçən Günəş işığı Ayı qırmızıya boyayır, həm də üfüqdə olan Ay artıq qırmızımtıl olur.
 

Əslində Yerin kölgəsi iki hissədən ibarətdir: yarımkölgə və kölgə. Ay yarımkölgəyə daxil olanda yarımkölgəli Ay tutulması başlayır, bunu adi gözlə hiss etmək çox çətindir. Ay Yerin kölgəsinə daxil olduqda isə adi gözlə görünən tutulma başlayır.


Yarımkölgəli Ay tutulması sentyabrın 7-si saat 19:28:21-də, qismən tutulma saat 20:27:02-də, tam tutulma saat 21:30:41-də başlayacaq. Tutulmanın maksimumu saat 22:11:47-də baş verəcək.

Tam tutulma saat 22:52:47-də, qismən tutulma saat 23:56:26-da, yarımkölgəli Ay tutulması saat 00:55:00-da sona çatacaq. Tam tutulma 82 dəqiqə davam edəcək.

2025 -ci ilin ikinci tam Ay tutulması Avropa, Afrika, Asiya və Avstraliyada görünəcək. Azərbaycan ərazisində axşam saatlarından başlayaraq gecə yarısına kimi tam Ay tutulmasını müşahidə etmək mümkün olacaq.

Ölkə vətəndaşları sentyabrın 7-də Qanlı Ay tutulmasını canlı izləmək imkanı əldə edəcəklər. Bu, həm astronomiya həvəskarları, həm də adi müşahidəçilər üçün unudulmaz bir gecə olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

MEDİA qəzetlərin həftədə yalnız bir nömrəsini maliyyələşdirəcək

MEDİA qəzetlərin həftədə yalnız bir nömrəsini maliyyələşdirəcək

Müəllimlərin NƏZƏRİNƏ! Yeni əməkhaqqı sistemi ilə bağlı nazirdən AÇIQLAMA

Müəllimlərin NƏZƏRİNƏ! Yeni əməkhaqqı sistemi ilə bağlı nazirdən AÇIQLAMA

Qəzalı vəziyyətdə olan məktəblərin SAYI AÇIQLANDI

Qəzalı vəziyyətdə olan məktəblərin SAYI AÇIQLANDI

Sabahın HAVA PROQNOZU

Sabahın HAVA PROQNOZU

Bu müəllimlər təkrar sertifikasiyaya cəlb olunacaqlar – RƏSMİ

Bu müəllimlər təkrar sertifikasiyaya cəlb olunacaqlar – RƏSMİ

Üç kəndə növbəti köç karvanı yola salındı – FOTO

Üç kəndə növbəti köç karvanı yola salındı – FOTO

Nazirdən dabaq xəstəliyi ilə bağlı AÇIQLAMA

Nazirdən dabaq xəstəliyi ilə bağlı AÇIQLAMA

DTX-nin həbs etdiyi Azər Səricanovun oğluna HÖKM OXUNDU - Fazil Mustafaya qarşı sui-qəsd cəhdi…

DTX-nin həbs etdiyi Azər Səricanovun oğluna HÖKM OXUNDU - Fazil Mustafaya qarşı sui-qəsd cəhdi…

SON DƏQİQƏ! Türkiyənin qəzaya uğrayan təyyarəsində şəhid olan hərbçilərin hamısının nəşi TAPILDI

SON DƏQİQƏ! Türkiyənin qəzaya uğrayan təyyarəsində şəhid olan hərbçilərin hamısının nəşi TAPILDI

MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə ELAN ETDİ

MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə ELAN ETDİ

Dələduzluqda təqsirləndirilən maşın alverçiləri HƏBS EDİLDİ

Dələduzluqda təqsirləndirilən maşın alverçiləri HƏBS EDİLDİ

Parlamentə gələn Paşinyan Alen Simonyanı danladı – ANBAAN VİDEO

Parlamentə gələn Paşinyan Alen Simonyanı danladı – ANBAAN VİDEO

Xaricdə təhsil alan daha 141 nəfərin diplomu TANINMADI

Xaricdə təhsil alan daha 141 nəfərin diplomu TANINMADI

“Üç rayonda Uşaq və Ailələrə Dəstək Mərkəzi yaradılacaq” – Nazir müavini

“Üç rayonda Uşaq və Ailələrə Dəstək Mərkəzi yaradılacaq” – Nazir müavini

Bu şəxslərin təhsil və təqaüd xərclərinə 42 milyon manat AYRILACAQ

Bu şəxslərin təhsil və təqaüd xərclərinə 42 milyon manat AYRILACAQ

Atası ilə arvadının münasibətindən şübhələndi - Bakıdakı cinayətin TƏFƏRRÜATI

Atası ilə arvadının münasibətindən şübhələndi - Bakıdakı cinayətin TƏFƏRRÜATI

Balakəndə avtoxuliqanlıq edən və narkotikin təsirində olan sürücülər saxlanıldı - VİDEO

Balakəndə avtoxuliqanlıq edən və narkotikin təsirində olan sürücülər saxlanıldı - VİDEO

Bakıda “La Villa” restoranında PARTLAYIŞ: Ölən var - FOTO

Bakıda “La Villa” restoranında PARTLAYIŞ: Ölən var - FOTO

Sənan Əsədzadə axtarışa verildi - 412 min dollarlıq DƏLƏDUZLUQ

Sənan Əsədzadə axtarışa verildi - 412 min dollarlıq DƏLƏDUZLUQ

Paşinyan hakim partiyanın üzvlərinə boşanmağı qadağan etdi

Paşinyan hakim partiyanın üzvlərinə boşanmağı qadağan etdi

2026-cı ildə yalnız bu rayon dövlət büdcəsindən YARDIM ALACAQ

2026-cı ildə yalnız bu rayon dövlət büdcəsindən YARDIM ALACAQ

M8 marşrutundan ŞİKAYƏT – Avtobusların sayı ARTIRILACAQ?

M8 marşrutundan ŞİKAYƏT – Avtobusların sayı ARTIRILACAQ?

Ağdamda fəhlə betonqarışdıran maşının altında qalıb öldü

Ağdamda fəhlə betonqarışdıran maşının altında qalıb öldü

Ceyhun Sultanov: “Bu gün tamamilə başqa bir yığma görəcəyik”

Ceyhun Sultanov: “Bu gün tamamilə başqa bir yığma görəcəyik”

End of content

No more pages to load

RADİO