Azərbaycanda pişiyə isgəncə verərək videoya çəkib sosial şəbəkədə paylaşan şəxslə bağlı araşdırmalara başlanılıb.
DİN Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, həmin videogörüntülərlə bağlı araşdırma aparılır və nəticədən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Xatırladaq ki, Beyrək Mirzəyev adlı şəxs pişiyin tüklərini yolub, daha sonra onu suda boğmağa çalışıb.
Onun bu hərəkəti ictimaiyyət tərəfindən kəskin tənqid olunub və cəzalandırılması tələb edilib.
İlkin yayılan informasiyada həmin şəxsin SOCAR-ın işçisi olduğu bildirilsə də, qurumun sözçüsü İbrahim Əhmədov bunu təkzib edib.
Bizim.Media

