Qadın hotel otağında qətlə yetirilib. Şübhəli kimi yeniyetmə oğlu saxlanıb.
Bizim.Media xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonuda baş verib. Polisə məlumat daxil olub ki, ''Bakı Beynəlxalq Avtovağzal Kompleksi''nin daxilində yerləşən hoteldə qadın qətlə yetirilib.
Dərhal əməliyyat qrupu hadisə yerinə gedib və baxış keçirilib. Meyit müayinə edilməsi üçün məhkəmə tibbi ekepertiza və pataloji anatomiya birliyinə aparılıb. Hadisə yerindən çəkiliş edib, bəzi təfərrüatları öyrənmək istəsək də "Bakı Beynəlxalq Avtovağzal Kompleksi" dən buna icazə vermədilər.
Məlumata görə, şübhəli bilinən 16 yaşlı yeniyetmə Qazax rayonuna gedərək polisə təslim olub, cinayəti törətdiyini etiraf edib.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media