Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov, 6 ünvanında yanğın olub.
Bizim.Media report-a istinadən xəbər verir ki, yanğın "Starex" karqo şirkətinə məxsus zirzəmidə qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə xidmətinin yanğınsöndürənləri cəlb olunub.
Yanğın geniş əraziyə yayılmadan söndürülüb.
Bizim.Media