Biləsuvar rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Ələt–Astara magistral yolunun 118-ci kilometrliyində qeydə alınıb.
“KIA” markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yoldan çıxarıb və aşıb.
Qəza nəticəsində sürücü xəsarət almasa da, avtomobildə olan azyaşlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu