Boşanmadan sonra ƏMLAK DAVASI – “3 il ərzində iddia qaldırılmasa...”

Son illər boşanmaların sayı artır. Ancaq çox zaman iş boşanma ilə bitmir. Tərəflər uzun illər biri-birlərinə möhtac kimi yaşayırlar. Məsələn boşandıqdan illər keçsə də,  daşınmaz əmlakın alqı-satqısı zamanı notarius qarşı tərəfin razılığını tələb edir.

Bəs, bu proses necə tənzimlənir?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Aytac Qurbanova deyir ki, Azərbaycan qanunvericiliyinə görə, nikah dövründə əldə edilmiş daşınmaz əmlak həyat yoldaşlarının ümumi birgə mülkiyyəti hesab olunur:

“Əgər nikah məhkəmə qərarı ilə xitam olunubsa və tərəflər arasında əmlak bölgüsü məsələsi həll olunmayıbsa, bu, əmlak üzərində hüquqi qeyri-müəyyənlik yaradır. Notariuslar bu halda sərəncam verən şəxsdən digər tərəfin yazılı razılığını tələb etməklə özlərini hüquqi risklərdən sığortalamağa çalışırlar. Belə ki, gələcəkdə qarşı tərəf həmin əmlakla bağlı məhkəməyə müraciət edərsə, notarius barəsində qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edildikdə, intizam icraatı qaydasında işin başlanması mümkündür. Bu səbəbdən də bir çox notariuslar vətəndaşın daşınmaz əmlakı satmaq istəyinə şifahi şəkildə imtina verir, lakin bu imtinanın qanuni əsasları birmənalı deyil”.

3 il ərzində iddia qaldırılmayıbsa...

Müsahibimiz qeyd edir ki, əgər tərəflər arasında nikaha xitam verildikdən sonra əmlak bölgüsü baş verməyibsə və bu məsələ ilə bağlı heç bir iddia qaldırılmayıbsa, qanunvericilik bu cür tələblər üçün 3 illik iddia müddəti müəyyən edir:
 

“Bu müddət ərzində qarşı tərəf mübahisə qaldırmayıbsa, onun iddiası etibarsız sayıla bilər. Əlbəttə, qarşı tərəf buraxılmış müddətin bərpası ilə bağlı məhkəməyə müraciət edə bilər, lakin bu, yalnız əsaslandırılmış səbəblər olduqda mümkün sayılır. Səbəblər əsaslı deyilsə, məhkəmə müddətin bərpasını təmin etməyəcək.


Bu baxımdan, artıq birgə təsərrüfatı olmayan, ayrılıqda yaşayan və boşanmış şəxslərin illər sonra əmlakı mübahisələndirmək niyyəti hüquqi və məntiqi baxımdan zəif görünür. Avropa İnsan Hüquqları Məhkəməsinin praktikasında da qeyd olunur ki, buraxılmış müddətlərin bərpası yalnız ciddi əsaslarla mümkündür və bu məsələdə sərt yanaşma mövcuddur”.

Nə etməli?

Hüquqşünas deyir ki, əgər notarius hər hansı səbəbdən vətəndaşın əmlak üzərində sərəncam verməsinə imkan vermirsə, həmin şəxs notariusa yazılı müraciət etməli, notarius da buna yazılı cavab təqdim etməlidir:
 

“Bu cavab qane etmədiyi təqdirdə, vətəndaş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr Baş idarəsinə şikayət edə bilər. Əgər burada da məsələnin həlli mümkün olmazsa, notariusun hərəkət və qərarlarından məhkəmə qaydasında inzibati icraat çərçivəsində şikayət vermək mümkündür.


Nəticə olaraq, notariusun digər tərəfin razılığını tələb etməsi hər zaman hüquqa uyğun olmaya bilər. Əgər ortada artıq xitam verilmiş nikah və bitmiş iddia müddəti varsa, bu halda satış əməliyyatı üçün əlavə razılıq tələb olunması artıq qanuni əsasdan çox, ehtiyat tədbiri kimi qiymətləndirilməlidir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kürdə suyun səviyyəsi ARTDI

Kürdə suyun səviyyəsi ARTDI

22 yaşlı tiktoker də əxlaqsız paylaşıma görə CƏZALANDIRILDI

22 yaşlı tiktoker də əxlaqsız paylaşıma görə CƏZALANDIRILDI

Əli Quliyev MMA turnirində qələbə qazandı - FOTO

Əli Quliyev MMA turnirində qələbə qazandı - FOTO

İsrail və Livan razılaşdı: Bu tarixdə Vaşinqtonda danışıqlar aparılacaq

İsrail və Livan razılaşdı: Bu tarixdə Vaşinqtonda danışıqlar aparılacaq

ABŞ-İran danışıqları vasitəçisiz DAVAM ETDİRİLİR

ABŞ-İran danışıqları vasitəçisiz DAVAM ETDİRİLİR

Türkiyədə genişmiqyaslı əməliyyatlar: 722 nəfər saxlanıldı

Türkiyədə genişmiqyaslı əməliyyatlar: 722 nəfər saxlanıldı

İsrail “Hizbullah”ı vurur - 24 saatda 200-dən çox zərbə

İsrail “Hizbullah”ı vurur - 24 saatda 200-dən çox zərbə

O, İraqın yeni prezidenti SEÇİLDİ

O, İraqın yeni prezidenti SEÇİLDİ

İran-ABŞ danışıqları UZADILA BİLƏR

İran-ABŞ danışıqları UZADILA BİLƏR

Türkiyədə zəlzələ: bölgələrdə hiss edilib

Türkiyədə zəlzələ: bölgələrdə hiss edilib

İran heyəti İslamabadda "qırmızı xətti"ni elan etdi

İran heyəti İslamabadda "qırmızı xətti"ni elan etdi

ABŞ-İran danışıqlarından bəzi DETALLAR

ABŞ-İran danışıqlarından bəzi DETALLAR

"Qarabağ"a çempionluq yolunda BÖYÜK ZƏRBƏ

"Qarabağ"a çempionluq yolunda BÖYÜK ZƏRBƏ

Şəmkirdə zəhərlənən qadın dünyasını dəyişdi

Şəmkirdə zəhərlənən qadın dünyasını dəyişdi

Bakının küçələri yuyuldu - FOTO

Bakının küçələri yuyuldu - FOTO

Türkiyə prokurorluğu Netanyahunun ömürlük həbsini tələb edir

Türkiyə prokurorluğu Netanyahunun ömürlük həbsini tələb edir

Yaxa sancağı gündəm oldu - FOTO

Yaxa sancağı gündəm oldu - FOTO

Qaraj almaq istəyənlərə XƏBƏRDARLIQ

Qaraj almaq istəyənlərə XƏBƏRDARLIQ

İrandan TƏKZİB: “Heç bir gəmi Hörmüz boğazından keçməyib”

İrandan TƏKZİB: “Heç bir gəmi Hörmüz boğazından keçməyib”

Sabiq ədliyyə naziri vəfat edib

Sabiq ədliyyə naziri vəfat edib

Keşlədə çökən kollektorun qəzalı hissəsi dəyişdirilir - FOTO

Keşlədə çökən kollektorun qəzalı hissəsi dəyişdirilir - FOTO

Tramp: Hörmüz boğazının minalardan təmizlənməsinə başlayırıq

Tramp: Hörmüz boğazının minalardan təmizlənməsinə başlayırıq

ABŞ hərbi gəmiləri Hörmüz boğazından KEÇDİ

ABŞ hərbi gəmiləri Hörmüz boğazından KEÇDİ

Xocalıda hər iki valideynini itirən Nigar 39 yaşında vəfat etdi

Xocalıda hər iki valideynini itirən Nigar 39 yaşında vəfat etdi

End of content

No more pages to load

RADİO