DİQQƏT! Boş qalan yerlərə ixtisas seçimi BAŞLADI

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başlanıb.

Bu barədə Bizim.Media-ya DİM-dən məlumat verilib.

Bildirilib ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi avqustun 28-dən 2 sentyabr saat 23:59-dək aparılır.

Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.

İxtisas seçmək hü¬ququ olan abituriyent ali təhsil müəssisə¬ləri¬nin və orta ix¬tisas təhsili müəssisələ¬rinin 20-dək ixtisas kodu¬nu seçib, onları
eservices.dim.gov.az/erizebak/ixtisas2 inter¬net ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Abituriyent (həmçinin subbakalavr) ali təhsil müəssisələrinin ixtisas kodlarını seçərkən dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd edir. Əgər abituriyent hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyirsə, bu halda həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və birinin qarşısında dövlət sifarişi əsasında, digərinin qarşısında isə ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə “Abituriyent” jurnalının 5 ci sayında dərc olunub.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas qrupları üzrə müsabiqə şərtləri aşağıdakı kimidir:

I ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:

- “Riyaziyyat”, “Fizika” və ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır;

- Dövlət ali təhsil müəssisələrinin (ADA Universiteti və Sumqayıt Dövlət Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır.

Aşağıda qeyd olunan ixtisas üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150dən və imtahanın ikinci mərhələsi üzrə balı 50dən az olmayan abituriyentlər iştirak edə bilərlər:

- Şərabçılıq.

II ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:

- Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40 dan az olmayan abituriyentlər buraxılır.

III ixtisas qrupu müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:

- Dövlət ali təhsil müəssisələrinin “Filologiya (ingilis dil və ədəbiyyat üzrə) ixtisasının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40dan az olmayan abituriyentlər buraxılır.

IV ixtisas qrupu müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.
 

Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:

- Dövlət ali təhsil müəssisələrinin (Sumqayıt Dövlət Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;
 

- Aşağıda qeyd olunan ixtisaslar üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150dən və imtahanın ikinci mərhələsi üzrə balı 50dən az olmayan abituriyentlər iştirak edə bilərlər:


Bağçılıq və tərəvəzçilik;

Su bioehtiyatları və akvakultura.

V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisaslar (kodunun qarşısında iki ulduz (**) qeyd olunan ixtisaslar) üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı yekun balı əsasında aparılır.
Subbakalavrların müsabiqədə iştirakı

Subbakalavrlar da ixtisas seçimində iştirak etmək üçün 2025-cü il avqustun 28-dən sentyabrın 2-dək qəbul olmaq istədikləri ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər Subbakalavrlar yalnız orta ixtisas təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları “Abituriyent” jurnalının 7-ci sayından seçə bilərlər.

Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər (subbakalavrlar) müsabiqəyə buraxılmayacaqlar.

Qəbul elanının tam mətni ilə “Abituriyent” jurnalının 7 nömrəli buraxlışında tanış ola bilərsiniz.

Orta ixtisas təhsili müəssisə¬lərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas se¬çiminə qəbul (buraxılış) imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.

“Fiziki tərbiyə müəllimliyi” ixtisasının müsabiqəsinə qəbul (buraxılış) imtahanında topladıqları ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) digər bütün xüsusi qabiliyyət tələb edən ixtisasların müsabi¬qəsinə isə ümumi balı 40-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituri¬yent¬lər buraxılırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yeni ailə quran qızının ZƏNGLƏRİNİ AÇMIR - VİDEO

Yeni ailə quran qızının ZƏNGLƏRİNİ AÇMIR - VİDEO

Qaxda sabiq vəzifəli şəxs vəfat edib

Qaxda sabiq vəzifəli şəxs vəfat edib

Təyyarə qəzasında həlak olan 20 türk şəhidin cənazəsi Ankaradadır - VİDEO

Təyyarə qəzasında həlak olan 20 türk şəhidin cənazəsi Ankaradadır - VİDEO

"O epizodda penalti var idi" - Ayxan Abbasov

"O epizodda penalti var idi" - Ayxan Abbasov

Avtomobil almaq üçün külli miqdarda ödəniş edən şəxslərin maşınları təhvil verilmir - VİDEO

Avtomobil almaq üçün külli miqdarda ödəniş edən şəxslərin maşınları təhvil verilmir - VİDEO

Zaur Baxşəliyev: “Kişi kişiliyini, qadın da qadınlığını qoruyub saxlamalıdır” - VİDEO

Zaur Baxşəliyev: “Kişi kişiliyini, qadın da qadınlığını qoruyub saxlamalıdır” - VİDEO

Türkiyəyə məxsus təyyarə qəzası ilə bağlı TƏFƏRRÜATLAR

Türkiyəyə məxsus təyyarə qəzası ilə bağlı TƏFƏRRÜATLAR

Azərbaycan klubu CEV kubokunun ilk oyununda MƏĞLUB OLDU

Azərbaycan klubu CEV kubokunun ilk oyununda MƏĞLUB OLDU

Abid Qafarov və Beydulla Manafov da Baş Prokurorluğa ÇAĞIRILDI - VİDEO

Abid Qafarov və Beydulla Manafov da Baş Prokurorluğa ÇAĞIRILDI - VİDEO

Bakıda qaz xəttində yanğın OLDU

Bakıda qaz xəttində yanğın OLDU

İbrahim Borçalı 2 milyon manatlıq ziyana düşdü - VİDEO

İbrahim Borçalı 2 milyon manatlıq ziyana düşdü - VİDEO

Sevinc Osmanqızı Baş Prokurorluğa ÇAĞIRILDI - VİDEO

Sevinc Osmanqızı Baş Prokurorluğa ÇAĞIRILDI - VİDEO

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

Türkiyədən ÜZÜCÜ XƏBƏR: Daha bir təyyarə qəzaya uğradı, ölən var

Türkiyədən ÜZÜCÜ XƏBƏR: Daha bir təyyarə qəzaya uğradı, ölən var

Millimiz İslandiyaya UDUZDU - VİDEO

Millimiz İslandiyaya UDUZDU - VİDEO

Daxili Qoşunlarda gənc əsgərlərin andiçmə mərasimi keçirildi - FOTO

Daxili Qoşunlarda gənc əsgərlərin andiçmə mərasimi keçirildi - FOTO

Türkiyəyə məxsus təyyarə Xorvatiyaya uçuş zamanı radarlardan İTDİ

Türkiyəyə məxsus təyyarə Xorvatiyaya uçuş zamanı radarlardan İTDİ

"Bu qidaları yeyənlərin dərman atmağa ehtiyacı olmur"

"Bu qidaları yeyənlərin dərman atmağa ehtiyacı olmur"

“Napoli”nin daha bir futbolçusu “Qarabağ”a qarşı OYNAMAYACAQ

“Napoli”nin daha bir futbolçusu “Qarabağ”a qarşı OYNAMAYACAQ

İlkin Həsəninin adından dələduzluq edildi - FOTO

İlkin Həsəninin adından dələduzluq edildi - FOTO

Millimiz İslandiyaya qarşı: Rəqib 2:0 öndədir - VİDEO

Millimiz İslandiyaya qarşı: Rəqib 2:0 öndədir - VİDEO

Prokurorlardan cəza TƏLƏBİ: Arayikə ömürlük.. - FOTO

Prokurorlardan cəza TƏLƏBİ: Arayikə ömürlük.. - FOTO

Noyer karyerasını başa vurmaq istəyir

Noyer karyerasını başa vurmaq istəyir

Moldovada “Rus Evi” BAĞLANDI

Moldovada “Rus Evi” BAĞLANDI

End of content

No more pages to load

RADİO