Qəbələ rayonunda faciə yaşanıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, iki gün əvvəl Qəbələ rayonunun Abrıx kəndinin dağlıq ərazisində kənd sakini 2010-cu il təvəllüdlü Ömər Zəkəriyəyev velosipeddən yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Ö.Zəkəriyəyev avqüustun 27-də orada dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu