Xaricdə onlayn təhsillə bağlı XƏBƏRDARLIQ

“Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə və şəxslərlə əməkdaşlıq etmir və bunların fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır”.

Bizim.Media xəbər verir ki, bu barədə Agentliyin yaydığı açıqlamada qeyd olunub.
 

Bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində, xaricdə təhsil şirkətlərinin müvafiq elanlarında və özünü təhsil "ekspertləri" kimi təqdim edən şəxslərin paylaşımlarında vətəndaşlarımız, xarici ölkələrdə yerləşən universitetlərə getmədən qiyabi və əyani təhsilalma formaları üzrə “onlayn” qaydada təhsil almağa təşviq olunur və sonda diplomların tanınacağı vədi verilir:


“Bildiririk ki, hazırda tanınma (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyasının Azərbaycan ərazisində qüvvədə olmasının təsdiqi) Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” (bundan sonra Qaydalar) əsasında, yalnız ənənəvi təlim metodlarına əsaslanan formal qaydada əyani və qiyabi təhsilalma formasında əldə olunmuş kvalifikasiyalara münasibətdə həyata keçirilir.

Qaydaların 4.1.4-cü yarımbəndinə əsasən orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5-ci yarımbəndinə əsasən orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur”.

Açıqlamada, həmçinin qeyd olunub ki, həm 4.1.4-cü, həm də 4.1.5-ci yarımbəndlərinin tələblərinin ödənilməsi üçün şəxsin əyani təhsilama forması üzrə hər tədris ilinə münasibətdə ən az 4 ay və ümumi tədris müddətində illərin cəmi üzrə ən az 21 ay təhsil aldığı ölkədə fiziki olaraq olması şərtdir (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətinin bütün dövrü ərzində təhsil aldığı ölkənin ərazisində olması).
 

Bu halda hər iki bənd üzrə tələblər təmin olunmuş olur. Qiyabi təhsilə gəldikdə isə Qaydaların 4.1.4-cü və 4.1.5-ci yarımbənlərinin tələblərinin ödənilməsi üçün hər tədris ilinə münasibətdə ərizəçinin 25 gün təhsil alacağı ölkədə olması şərtdir. Qeyd olunan müddətin tədris dövrünü əhatə etməsi zəruridir.


Əlavə olaraq vətəndaşlarımıza sözügedən Qaydalarla (//e-qanun.az/framework/54957), həmçinin //www.tkta.edu.az/ FAQ bölməsində yer alan suallarla tanış olmağı tövsiyə edirik”.

Agentlik xaricdə ali təhsil almaq istəyən vətəndaşları və onların ailə üzvlərini qeyd olunanları nəzərə almağa çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu evlərə su, işıq və qaz veriləməyək - VİDEO

Bu evlərə su, işıq və qaz veriləməyək - VİDEO

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

“Lüfthansa”nın pilotları tətil elan etdilər

“Lüfthansa”nın pilotları tətil elan etdilər

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

“Arsenal” öz meydanında uduzdu – VİDEO

“Arsenal” öz meydanında uduzdu – VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İraqın yeni prezidenti İLK ÇIXIŞINI edib

İraqın yeni prezidenti İLK ÇIXIŞINI edib

ADSEA sədri: 7 aya yağan yağış iki gündə yağdı - VİDEO

ADSEA sədri: 7 aya yağan yağış iki gündə yağdı - VİDEO

Futzal millimiz Gürcüstana uduzdu

Futzal millimiz Gürcüstana uduzdu

Nazirdən Tural Kərimovla bağlı ƏMR

Nazirdən Tural Kərimovla bağlı ƏMR

QARABAĞDAN Bakıya su çəkilə bilər

QARABAĞDAN Bakıya su çəkilə bilər

Cövdət Yılmaz: “Zəngəzur dəhlizi strateji əhəmiyyətli marşrutdur”

Cövdət Yılmaz: “Zəngəzur dəhlizi strateji əhəmiyyətli marşrutdur”

Mahir oynamadı, komandası qalib gəldi

Mahir oynamadı, komandası qalib gəldi

Minarə İskəndər vəfat etdi - FOTO

Minarə İskəndər vəfat etdi - FOTO

Bişirdikdən sonra dərhal bunu etsəniz, dolmalar qaralmayacaq

Bişirdikdən sonra dərhal bunu etsəniz, dolmalar qaralmayacaq

Milli Qəhrəman Pəncəli Teymurovun məzarı 100 metrlik bayraqla ziyarət edildi - FOTO

Milli Qəhrəman Pəncəli Teymurovun məzarı 100 metrlik bayraqla ziyarət edildi - FOTO

Murad Dadaşov yenə arıqladı - FOTO

Murad Dadaşov yenə arıqladı - FOTO

"İlham baba mənə "KamAZ" göndərdi" - VİDEO

"İlham baba mənə "KamAZ" göndərdi" - VİDEO

İraqın yeni kürd prezidenti – Nizar Amidi KİMDİR? - DOSYE

İraqın yeni kürd prezidenti – Nizar Amidi KİMDİR? - DOSYE

Balta ilə ABŞ-ın hərbi təyyarəsinə hücum etdi - VİDEO

Balta ilə ABŞ-ın hərbi təyyarəsinə hücum etdi - VİDEO

Kürdə suyun səviyyəsi ARTDI

Kürdə suyun səviyyəsi ARTDI

End of content

No more pages to load

RADİO