Seyfəddin Hüseynlidən mərhum qardaşları ilə bağlı yayılan xəbərə REAKSİYA

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən amansızlıqla qətlə yetirilmiş Ziyəddin və Hüseyn Səfərov qardaşları ilə bağlı rusların “Proekt” nəşrinin yaydığı son məlumat mərhumların yaxınlarının etirazına səbəb olub.

Bizim.Media xəbər verir ki, iş üzrə zərərçəkmiş kimi tanınan mərhum Ziyəddin və Hüseyn Səfərovların qardaşı Seyfəddin Səfərov (Hüseynli) Musavat.com-a açıqlamasında qardaşlarının bədən üzvlərinin kəsilməsi ilə bağlı iddianı təkzib edib.

O qeyd edib ki, “Proekt” nəşri çirkin məqsədlərindən ötrü təxribat törədib, bu amansız cinayəti öz oyununa alət edib:
 

“Bu avantürist nəşr cinayətin gerçək mahiyyətini təhrif etməklə yanaşı, mərhum qardaşlarımın adını, xatirəsini ləkələməyə çalışıb. Mən qardaşlarımın tibbi müayinəsi keçirilərkən Məhkəmə Tibbi Ekspertizada baş direktor Ədalət müəllim və digər əməkdaşlarla, istintaq qrupu ilə birgə əvvəldən sonadək orada olmuşam.


Minnətdaram ki, buna şərait yaradıldı. Bəli, qardaşlarıma ölümcül, dəhşətli zərbələr vurulub,

elektrik cərəyanı ilə işgəncə verilib. Həmin amansız zərbələrin, ağır işgəncələrin izləri yayılan fotolardan da açıq-aşkar görünür. Sadəcə fotolar sonradan paylaşılarkən qasıq nahiyəsi etik səbəblərə görə örtülüb. Yəni ona görə bağlamayıblar ki, orada nəsə başqa bir məsələ var. Qardaşlarımın orqanlarının kəsilməsi baş verməyib, bu, yalandır”.
 

Zərərçəkmişin sözlərinə görə, hazırda mərhum qardaşlarının övladları həmin nəşrə yazılı etiraz bildirərək bu yalan məlumatların təkzibini tələb ediblər:


“Mənim qardaşlarıma dəhşətli dərəcədə ağır işgəncələr verilib. Daxili orqanları ölümcül zədələnib. Amma hansısa xarici əzalarının kəsilməsi yalandır. Ruslar bu təhqiramiz xəbəri yaymaqla çox çirkin niyyət güdürlər. “Proekt”in burada öz iyrənc marağı olduğu aydındır.

Amma biz-Azərbaycan mediası belə məsələdə daha həssas və dürüst davranmalıdır.
 

Mənim mərhum qardaşlarıma - Azərbaycanın ləyaqətli iki övladına rus güc strukturlarının qəddar, azğın təmsilçiləri həm qardaşlarımın öz evlərində, həm də zindanda dözülməz işgəncələr veriblər. Nəhayət, onları vəhşiliklə öldürüblər. Burası gün kimi aydın və danılmazdır.


Bu dəhşətli cinayətin kifayət qədər sübutu var. Ona görə də olmayan hansısa detalı buraya əlavə etmək artıqdır. Odur ki, mərhum qardaşlarım haqda yayılan bu son çirkin məlumatı qətiyyətlə təkzib edirəm”.

Xatırladaq ki, bu il iyunun 27-də səhər saat 5 radələrində Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Yekaterinburq şəhərində azərbaycanlılara məxsus 9 mənzilə basqın edib. Nəticədə Ziyəddin və Hüseyn Səfərov qardaşları xüsusi amansızlıqla qətlə yetirilib.

Hazırda bu hadisə ilə bağlı Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsində araşdırmalar davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Bu evlərə su, işıq və qaz veriləməyək - VİDEO

Bu evlərə su, işıq və qaz veriləməyək - VİDEO

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

“Lüfthansa”nın pilotları tətil elan etdilər

“Lüfthansa”nın pilotları tətil elan etdilər

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

“Arsenal” öz meydanında uduzdu – VİDEO

“Arsenal” öz meydanında uduzdu – VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İraqın yeni prezidenti İLK ÇIXIŞINI edib

İraqın yeni prezidenti İLK ÇIXIŞINI edib

ADSEA sədri: 7 aya yağan yağış iki gündə yağdı - VİDEO

ADSEA sədri: 7 aya yağan yağış iki gündə yağdı - VİDEO

Futzal millimiz Gürcüstana uduzdu

Futzal millimiz Gürcüstana uduzdu

Nazirdən Tural Kərimovla bağlı ƏMR

Nazirdən Tural Kərimovla bağlı ƏMR

QARABAĞDAN Bakıya su çəkilə bilər

QARABAĞDAN Bakıya su çəkilə bilər

Cövdət Yılmaz: “Zəngəzur dəhlizi strateji əhəmiyyətli marşrutdur”

Cövdət Yılmaz: “Zəngəzur dəhlizi strateji əhəmiyyətli marşrutdur”

Mahir oynamadı, komandası qalib gəldi

Mahir oynamadı, komandası qalib gəldi

Minarə İskəndər vəfat etdi - FOTO

Minarə İskəndər vəfat etdi - FOTO

Bişirdikdən sonra dərhal bunu etsəniz, dolmalar qaralmayacaq

Bişirdikdən sonra dərhal bunu etsəniz, dolmalar qaralmayacaq

Milli Qəhrəman Pəncəli Teymurovun məzarı 100 metrlik bayraqla ziyarət edildi - FOTO

Milli Qəhrəman Pəncəli Teymurovun məzarı 100 metrlik bayraqla ziyarət edildi - FOTO

Murad Dadaşov yenə arıqladı - FOTO

Murad Dadaşov yenə arıqladı - FOTO

"İlham baba mənə "KamAZ" göndərdi" - VİDEO

"İlham baba mənə "KamAZ" göndərdi" - VİDEO

İraqın yeni kürd prezidenti – Nizar Amidi KİMDİR? - DOSYE

İraqın yeni kürd prezidenti – Nizar Amidi KİMDİR? - DOSYE

Balta ilə ABŞ-ın hərbi təyyarəsinə hücum etdi - VİDEO

Balta ilə ABŞ-ın hərbi təyyarəsinə hücum etdi - VİDEO

End of content

No more pages to load

RADİO