BİZİM TƏQVİM: 28 avqustda baş vermiş tarixi hadisələr

1918-ci ilin bu günündə  Azərbaycan Xalq Cümhuriyyəti hökuməti xalq maarifinin, orta məktəblərin milliləşdirilməsi haqqında qərar qəbul edib. Həmin qərara görə, bütün ibtidai tədris müəssisələrində təhsil Azərbaycan dilində aparılırdı. Rus dilində tədris aparılan siniflərdə Azərbaycan dilinə məcburi fənn kimi həftədə 3-4 saat ayrılırdı. O dövrdə respublikada milli müəllim kadrlarına böyük ehtiyac var idi. Ona görə də, ibtidai siniflər üçün müəllim hazırlamaq məqsədilə Bakı, Gəncə, Şuşa, Qazax və başqa şəhərlərdə xüsusi pedaqoji kurslar təşkil edildi.

Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi 1918-ci ildə Qazaxa köçürüldü. Bakı, Gəncə və Şəkidə fəaliyyət göstərən “Nina” qızlar məktəbinin əsasında qızlar gimnaziyaları yaradıldı, bundan əlavə oğlanlar üçün 7 gimnaziya açıldı.

Bəs, avqustun 28-də dünyada daha hansı hadisələr baş verib?

1. 1833-cü ilin bu günündə Britaniya Parlamenti Britaniya İmperiyasının əksər ərazilərində köləliyi ləğv edən qanun qəbul edib.

2. Birinci Dünya Müharibəsi zamanı - 1916-cı ilin 28 avqustunda Almaniya imperatorluğu Rumıniyaya, İtaliya isə Almaniyaya savaş elan etdi.

3. 1918-ci il avqustun 28-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti respublika ərazisində bütün məhsulların azad ticarəti ilə bağlı qərar imzaladı.  Hökumətin digər qərarı isə ibtidai, natamam orta və orta məktəblərin milliləşdirilməsi idi.

4. 28 avqust 1963-cü ildə ABŞ-ın cənub ştatlarından başlayan "Vətəndaş haqqları yürüşü” paytaxt Vaşinqtonda sona çatdı. Martin Lüther Kinq burada 200 min adama xitab edərək "Bir xəyalım var" başlıqlı məşhur nitqini söylədi.

5. İsrailin Qüdsü paytaxt elan etməsinə cavab olaraq 1980-ci ilin 28 avqustunda Türkiyə Qüdsdəki baş konsulluğunu bağladı.

6. 28 avqust 1988-ci ildə Almaniyanın Ramstein hava bazasında şou uçuşları zamanı İtaliya hava qüvvələri komandasının üç təyyarəsi tamaşaçıların üstünə düşdü, 75 adam öldü, 346 nəfər yaralandı.

7. 1995-ci ilin 28 avqustunda serblər Saraybosnadakı Markale bazar yerinə minomyotla hücum etdilər. Qırğında 45 adam həlak oldu, 85 nəfərsə yaralandı.

8. 28 avqust 1996-cı ildə Uels şahzadəsi Çarlz və şahzadə Diana boşandılar.

9. 2014-cü il 28 avqustda Türkiyənin 12-ci respublika başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) and içərək vəzifəyə başladı.

28 avqustda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Görkəmli alman şairi, dramaturqu və mütəfəkkiri İohan Volfrans Höte 1749-cu ilin bu günü anadan olub. Hötenin yaradıcılığı alman poeziyası tarixinin ən parlaq səhifələrindəndir. Onun məşhur “Faust” faciəsi və “Gənc Verterin iztirabları” əsərləri çox dillərə tərcümə edilib və bu günə qədər oxunur. (1749-1832)

2. "Hərb və Sülh", “Anna Karenina” kimi bir çox məşhur əsərə imza atan, Rusiyanın tanınmış yazıçısı Lev Tolstoy 28 avqust 1828-ci ildə dünyaya gəlib.

3. Azərbaycan teatrının tanınmış aktrisası Vəfa Fətullayeva 1945-ci ilin bu günü anadan olub.

25 yaşından (1970) Dövlət Dram Teatrında çalışan aktrisa “Mahnı dağlarda qaldı”, “Məhəbbət əfsanəsi”, “Sən yanmasan”, “Heç nədən hay-küy”, “İblis” və digər teatr və televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb. Vəfa Fətullayeva 1987-ci ildə 43 yaşında həyatla vidalaşıb. Xatırladaq ki, o, Azərbaycan Dövlət Dram Teatrının nəhəng aktrisası Hökumə Qurbanova və teatrın baş rəssamı Nüsrət Fətullayevin qızı idi. (1945-1987)

4. 28 avqust Azərbaycanın unudulmaz xanəndəsi, xalq artsiti Rübabə Muradovanın xatirə günüdür. Uzun illər Opera və Balet Teatrının solisti olan R.Muradova “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şah İsmayıl”, “Aşıq Qərib” operalarında baş rolları ifa edib. Güclü və təsirli səsə, orijinal üsluba malik, muğam, təsnif və xalq mahnılarının əvəzsiz ifaçısı 1983-cü ilin bu günü 50 yaşında dünyasını dəyişib. (1933-1983)

5. 28 avqust 1935-ci ildə tanınmış yazıçı, şərqşünas Əlibala Hacızadə (1935 – 9.10.2009) Biləsuvar rayonunun Ağalıkənd kəndində doğulub. “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş”, “Təyyarə kölgəsi”, “Vəfalım mənim” və s. əsərləri geniş oxucu rəğbəti qazanıb.

6. 28 avqust 1948-ci ildə musiqişünas, sənətşünaslıq doktoru, professor Elxan Babayev (1948 – 2.2.2003) anadan olub.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nazirdən Tural Kərimovla bağlı ƏMR

Nazirdən Tural Kərimovla bağlı ƏMR

QARABAĞDAN Bakıya su çəkilə bilər

QARABAĞDAN Bakıya su çəkilə bilər

Cövdət Yılmaz: “Zəngəzur dəhlizi strateji əhəmiyyətli marşrutdur”

Cövdət Yılmaz: “Zəngəzur dəhlizi strateji əhəmiyyətli marşrutdur”

Mahir oynamadı, komandası qalib gəldi

Mahir oynamadı, komandası qalib gəldi

Minarə İskəndər vəfat etdi - FOTO

Minarə İskəndər vəfat etdi - FOTO

Bişirdikdən sonra dərhal bunu etsəniz, dolmalar qaralmayacaq

Bişirdikdən sonra dərhal bunu etsəniz, dolmalar qaralmayacaq

Milli Qəhrəman Pəncəli Teymurovun məzarı 100 metrlik bayraqla ziyarət edildi - FOTO

Milli Qəhrəman Pəncəli Teymurovun məzarı 100 metrlik bayraqla ziyarət edildi - FOTO

Murad Dadaşov yenə arıqladı - FOTO

Murad Dadaşov yenə arıqladı - FOTO

"İlham baba mənə "KamAZ" göndərdi" - VİDEO

"İlham baba mənə "KamAZ" göndərdi" - VİDEO

İraqın yeni kürd prezidenti – Nizar Amidi KİMDİR? - DOSYE

İraqın yeni kürd prezidenti – Nizar Amidi KİMDİR? - DOSYE

Balta ilə ABŞ-ın hərbi təyyarəsinə hücum etdi - VİDEO

Balta ilə ABŞ-ın hərbi təyyarəsinə hücum etdi - VİDEO

Kürdə suyun səviyyəsi ARTDI

Kürdə suyun səviyyəsi ARTDI

22 yaşlı tiktoker də əxlaqsız paylaşıma görə CƏZALANDIRILDI

22 yaşlı tiktoker də əxlaqsız paylaşıma görə CƏZALANDIRILDI

Əli Quliyev MMA turnirində qələbə qazandı - FOTO

Əli Quliyev MMA turnirində qələbə qazandı - FOTO

İsrail və Livan razılaşdı: Bu tarixdə Vaşinqtonda danışıqlar aparılacaq

İsrail və Livan razılaşdı: Bu tarixdə Vaşinqtonda danışıqlar aparılacaq

ABŞ-İran danışıqları vasitəçisiz DAVAM ETDİRİLİR

ABŞ-İran danışıqları vasitəçisiz DAVAM ETDİRİLİR

Türkiyədə genişmiqyaslı əməliyyatlar: 722 nəfər saxlanıldı

Türkiyədə genişmiqyaslı əməliyyatlar: 722 nəfər saxlanıldı

İsrail “Hizbullah”ı vurur - 24 saatda 200-dən çox zərbə

İsrail “Hizbullah”ı vurur - 24 saatda 200-dən çox zərbə

O, İraqın yeni prezidenti SEÇİLDİ

O, İraqın yeni prezidenti SEÇİLDİ

İran-ABŞ danışıqları UZADILA BİLƏR

İran-ABŞ danışıqları UZADILA BİLƏR

Türkiyədə zəlzələ: bölgələrdə hiss edilib

Türkiyədə zəlzələ: bölgələrdə hiss edilib

İran heyəti İslamabadda "qırmızı xətti"ni elan etdi

İran heyəti İslamabadda "qırmızı xətti"ni elan etdi

ABŞ-İran danışıqlarından bəzi DETALLAR

ABŞ-İran danışıqlarından bəzi DETALLAR

"Qarabağ"a çempionluq yolunda BÖYÜK ZƏRBƏ

"Qarabağ"a çempionluq yolunda BÖYÜK ZƏRBƏ

End of content

No more pages to load

RADİO