Dünən axşam saatlarında Yevlax rayonu ərazisində qəza baş verib.
Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, hərəkətdə olan " Vaz 2107" markalı avtomobil ağaca çırpılıb.
Qəza zamanı 4 nəfər yaralanıb. Yaralılar Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralıların vəziyyəti stabildir.
Faktla bağlı Yevlax rayon polis şöbəsində araşdırma aparılır.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu