Balakən şəhəri, 26 kənd və 1 qəsəbədə ümumilikdə 20 351 əhali abonenti və 260 qeyri-əhali abonenti qazsız qalacaq.
Bizim.Media-nın yerli bürosuna Zaqatala Regional Qaz İstismar İdarəsindən bildirilib ki, Balakən xidmət sahəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq qazın verilişində fasilə yaranacaq.
Bildirilib ki, Balakən rayonu Qabaqcöl qəsəbəsini təbii qazla təmin edən PE-200 mm-lik yeraltı orta təzyiqli daşıyıcı qaz xətti və rayonun qaz təchizatında mühüm rol oynayan D-315 mm-lik orta təzyiqli qaz xətti üzərində TRZ G-1600 tipli qaz ölçü qovşağının quraşdırılması nəzərdə tutulur.
Bununla bağlı saat 09:00-dan işlər yekunlaşanadək Balakən Qaz Paylayıcı Şəbəkədən qazın verilişi dayandırılacaq. İşlər tamamlandıqdan sonra qaz təchizatı bərpa olunacaq.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu