Əli Əsədov: “Ermənistan Naxçıvanla bağlı tələbi qəbul etdi”

Birgə Bəyannamədə yer alan mühüm müddəalardan biri regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlıdır.

Bizim.Media xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasında bildirib.

Baş nazir deyib ki, bu, təkcə ikitərəfli münasibətlərin möhkəmlənməsi deyil, həm də regionun qlobal iqtisadi və nəqliyyat xəritəsində Azərbaycanın rolunun daha da artması deməkdir:
 

“Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə keçirilən üçtərəfli sammit bunun bariz təzahürüdür. Bu görüşün yekununda imzalanmış üçtərəfli Birgə Bəyannamə Azərbaycanın irəli sürdüyü və uzun illər ərzində təşviq etdiyi sülhün beynəlxalq səviyyədə geniş dəstək qazandığını və rəsmən qəbul olunduğunu nümayiş etdirir. Regionda sülhün bərqərar olması üçün vacib siyasi çərçivə formalaşdıran bu sənəd, eyni zamanda gələcək qarşılıqlı anlaşmanın əsasını təşkil edir.


Birgə Bəyannamə çox əhatəli bir sənəd olmaqla təkcə iki ölkənin uzun illər davam edən silahlı qarşıdurmasına son qoyan sənəd deyil, həm də Azərbaycan xalqının tarixi ədalət uğrunda mübarizəsinin nəticəsi, dövlətimizin siyasi-diplomatik gücünün və beynəlxalq nüfuzunun ifadəsidir. İllərdən bəri kağız üzərində qalmış BMT qətnamələrini özü həyata keçirmiş, haqq-ədaləti hərb yolu ilə, şəhidlərinin qanı hesabına bərpa etmiş Azərbaycan Ermənistanla sülh müqaviləsinin müəllifi kimi çıxış edərək, münaqişənin siyasi müstəvidə də nöqtəsini qoydu”.

Əli Əsədov qeyd edib ki, Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə qətiyyətlə bəyan edib ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir:

“Bütün çətinliklərə, fikir ayrılıqlarına və müxtəlif mövqelərə baxmayaraq Azərbaycan Prezidentinin bu tələbi də Ermənistan tərəfindən qəbul edildi. Vaşinqtonda imzalanmış sənəd açıq şəkildə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz və etibarlı əlaqənin təmin olunmasının vacibliyini vurğulayır. Bu məqsəd üçün ABŞ tərəfindən dəstəklənən xüsusi infrastruktur təşəbbüsü – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRİPP) nəzərdə tutulur. Bu, təkcə Azərbaycan üçün deyil, bütövlükdə regionun iqtisadi və geosiyasi xəritəsində əhəmiyyətli dəyişiklik yaradacaq. Öz adımdan və hökumət adından Vaşinqton zəfəri münasibətilə Azərbaycan Prezidentini və xalqını ürəkdən təbrik edirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Tatlıses əməliyyat olundu – FOTO

Tatlıses əməliyyat olundu – FOTO

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

Pendirin artıq duzu necə çıxarılır?

Pendirin artıq duzu necə çıxarılır?

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Netanyahu Livana ŞƏRT QOYDU

Netanyahu Livana ŞƏRT QOYDU

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

“Lüfthansa”nın pilotları tətil elan etdilər

“Lüfthansa”nın pilotları tətil elan etdilər

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

“Arsenal” öz meydanında uduzdu – VİDEO

“Arsenal” öz meydanında uduzdu – VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İraqın yeni prezidenti İLK ÇIXIŞINI edib

İraqın yeni prezidenti İLK ÇIXIŞINI edib

ADSEA sədri: 7 aya yağan yağış iki gündə yağdı - VİDEO

ADSEA sədri: 7 aya yağan yağış iki gündə yağdı - VİDEO

End of content

No more pages to load

RADİO