“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”

“Mən, Qərbi Azərbaycanın Loru-Pəmbək mahalı, Böyük Qarakilsə rayon Hallavar kəndindənəm. 1988-ci il keçmiş Ermənistanda baş vermiş məlum qanlı hadisələr zamanı 22 yaşım olub. Hazırda Hallavar eli və Loru-Pəmbək mahalın feysbuk portalında təbliğatçılarından biriyəm. Bildiyiniz kimi SSRİ dayaqlarını milli ədavətlər fonunda sarsıtmış erməni daşnakları 1988-ci ildə həm Qarabağda, həm də Qərbi Azərbaycanda "makur hayastan"  (təmiz ermənistan) ideyasını yerli azərbaycanlılara qarşı yönəltməklə soyqırım şiddəti altında iğtişaşlar törətməyə, Azərbaycanlıları zorla deportasiya etməyə başladılar. Bu hadisələr 1988-ci ilin noyabrında daha da şiddətləndi. Haylar vəhşicəsinə qırğınlar, dağıntılar törətməyə başladılar”.

Bizim Media Moderator.az-a istinadla xəbər verir ki, bunu açıqlamasında əslən Qərbi Azərbaycanlı olan şair Bəxtiyar Aşıxlı deyib. O daha sonra əlavə edib: 

“Bizim kəndlər-Hallavar, Heydərli, Aşağı Kilsə, Yuxarı Kilsə və Mollaqışlağı 1988-ci il dekabrın 7-nə qədər mühasirədə qaldı. Daşnak silahlıları hər vəchlə qırğın törətmək istəyirdi. Kənd əhalisi əllərində olan ov silahları və məktəb silahları ilə müdafiə olunurdu. Qonşu Almalı və Saral kənd sakinlərini daşnaklar köç adı altında kənddən çıxarıb yol boyu silahlı hücuma məruz qoymuşdu.
 

Artıq çoxsayda insan tələfatı xəbərləri yayılırdı. Dekabrın 7-si ermənistanın Pəmbək mahalı, Hamamlı rayonunda güclü zəlzələ baş verdi. Dekabrın əvvəllərindən kəndlərimizə Azərbaycandan xilas helikopterləri gəlməyə başladı. İlkin olaraq uşaq və qocalar helikopterlə Qazax rayonunun Musaköy (indiki Xanlıqlar) kəndinə yola salındı. Zəlzələyə qədər kəndə ərzaq təminatı dayanmışdı. İşıqlar günlərdi söndürülmüşdü. İnsanların nigaranlığı, səbri demək olar ki, tükənmişdi. Baş verən zəlzələdə Hamamlı (Spitak) şəhəri tamamilə dağıldığından ermənilərin biz azərbaycanlılara yönəlmiş vəhşi niyyətləri baş tutmadı. Bölgəyə xilas adı altında "qızıl" ordu yeridildi. Kömək üçün xarici ölkələrdən xilaskarlar axışdı.


Necə deyərlər daşnaklar bir müddət "sakitləşməli" oldular. Bu fürsət bizə öz ata-baba yurdumuzu qismən təhlükəsiz tərk etməyə fürsət yaratmışdı. Yadımdadır, dekabrın 9-u mən Qazaxdan kamaz markalı maşınla evimizin əşyalarını və atamla qardaşımı gətirmək üçün kəndə yollandım. Gəlib çatdıq, kənd qaranlıq idi. Sakinlər maşın karvanını qarşılayırdı. Maşın işığında insanlar öz doğmalarını axtarırdı. Acınacaqlı mənzərə idi. Mənim atam hərbçi olub, hərb müəllimi idi, o kəndlərimizin müdafiəsini təşkil etmişdi. Ermənilərin bir neçə həmləsi dəf edilmişdi. İndi isə bu gecə atam mən və qardaşımla Ana-Vətənlə vidalaşırdıq. Yol boyu susmuşduq. Necə oldusa kabinədə atama baxdım. Mən onu heç vaxt ağlayan görməmişdim. Sonra mən belə bir qoşma yazmışdım.

 Ağladı.. 

Doğma diyarımla vida axşamı,
Axışdı hər yandan ellər ağladı.
Bu ulu yerlərin böyük dərdinə,
Bayatı söyləyən dillər ağladı. 

O axşam ayrıldı bülbül bağından,
Ürəklər odlandı həsrət dağından,
Bir belə dərdlərin ağırlığından,
Tarixlər dayandı, illər ağladı. 

Göylərə ucaldı ahlar, amanlar,
Tanrı ətəyinə qalxdı gümanlar,
Yurdun səcdəsinə gəldi dumanlar,
Dağlar matəm qurdu, çöllər ağladı. 

Maymağın durumu yandırıb yaxdı,
Bulaqlar gözündən qanlı yaş axdı,
Şimşəklər gurladı, ildırım çaxdı,
Dərələr boyunca sellər ağladı. 

Bir səda yetişdi Güllüdərədən,
Ceyranlar, cüyürlər endi bərədən,
Sular lal dayandı qəmdən, kədərdən,
Sonalı, sonasız göllər ağladı. 

Çatdırın xəbəri Babam Misginə,
Qıymasın kimsəni düşə pis günə,
Bu son qədəmləri sıxıb köksünə,
Cığırlar ağladı, yollar ağladı. 

Sarvanı bilinməz gedən karvanın,
Amansız olarmış hökmü zamanın,
Soldu dəm-dəsgahı bağın, bağçanın,
Çəmənlər saraldı, güllər ağladı. 

Bəxtiyar, fələkdən gözləmə aman,
Sənin göz yaşına tab etməz ümman.
Zülmün möhnətinə baş əydi zaman,
Sazımın köksündə tellər ağladı. 
 

Beləcə... Bizim ailə də Azərbaycana pənah gətirdik. İndi mən Nərimanov rayonunda yaşayıram. Qərbi Azərbaycanı tərk edəndən 2 nəsil itirmişik. Ancaq, hələ də mən yuxularımda kəndimizi görürəm. Kəndimizin tarixinə və dövlətimizin apardığı ədalətli siyasətə inanır və əminəm ki, biz öz ata - baba yurdlarımıza qayıdacağıq. Kəndimizin tarixi dedikdə mən qədim Oğuz yurdunu nəzərdə tuturam. Bizim kəndimizin dağları Misgin Abdal yaylağı, qaçaq Kərəm oylağı, Osmanlı ordusunun dəfələrlə qışlağı olmuşdur.


Bizim Hallavar kəndində 1915 - 20 - ci illər Türk komutanlarından Vehip Paşa, Yakub Şevki Paşa və Kazım Karabəkir Paşa mövqe tutmuşlar. Rusiya və erməni ordularına sarsıdıcı zərbələr vurmulmuşdur. Qarabağımızın azad olunması və suverenliyimiz əsas verir ki, Qərbi Azərbana qayıdış konsepsiyasının yaxın zamanlarda gerçəkləşəcəyinə inamımız möhkəmlənsin. Biz haqq yolundayıq, haqqımız həm tariximiz, həm də mədəni - mənəvi irsimizə sadiqliyimizdir. Mən əjdadlarımızın əziz xatirəsi, şəhidlərimizin müqəddəs ruhunu uca tutaraq Qərbi Azərbaycanda bayrağımızın dalğanalacağı günün uzaqda olmadığına əminəm” deyə Bəxtiyar Aşıxlı bildirib.


Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Damla TƏNQİD OLUNDU: “Niyə özünü bu günlərə qoyursan?” - FOTO

Damla TƏNQİD OLUNDU: “Niyə özünü bu günlərə qoyursan?” - FOTO

"Şagirdi 5-ci sinfə keçirməmək, onu məsxərə obyektinə çevirməkdir"

"Şagirdi 5-ci sinfə keçirməmək, onu məsxərə obyektinə çevirməkdir"

Gürcüstanın sabiq Baş naziri həbs edildi

Gürcüstanın sabiq Baş naziri həbs edildi

"Napoli" “Liverpul”un futbolçusu ilə MARAQLANIR

"Napoli" “Liverpul”un futbolçusu ilə MARAQLANIR

Ürək üçün ən faydalı QİDALAR

Ürək üçün ən faydalı QİDALAR

Yeni ailə quran qızının ZƏNGLƏRİNİ AÇMIR - VİDEO

Yeni ailə quran qızının ZƏNGLƏRİNİ AÇMIR - VİDEO

Qaxda sabiq vəzifəli şəxs vəfat edib

Qaxda sabiq vəzifəli şəxs vəfat edib

Təyyarə qəzasında həlak olan 20 türk şəhidin cənazəsi Ankaradadır - VİDEO

Təyyarə qəzasında həlak olan 20 türk şəhidin cənazəsi Ankaradadır - VİDEO

"O epizodda penalti var idi" - Ayxan Abbasov

"O epizodda penalti var idi" - Ayxan Abbasov

Avtomobil almaq üçün külli miqdarda ödəniş edən şəxslərin maşınları təhvil verilmir - VİDEO

Avtomobil almaq üçün külli miqdarda ödəniş edən şəxslərin maşınları təhvil verilmir - VİDEO

Zaur Baxşəliyev: “Kişi kişiliyini, qadın da qadınlığını qoruyub saxlamalıdır” - VİDEO

Zaur Baxşəliyev: “Kişi kişiliyini, qadın da qadınlığını qoruyub saxlamalıdır” - VİDEO

Türkiyəyə məxsus təyyarə qəzası ilə bağlı TƏFƏRRÜATLAR

Türkiyəyə məxsus təyyarə qəzası ilə bağlı TƏFƏRRÜATLAR

Azərbaycan klubu CEV kubokunun ilk oyununda MƏĞLUB OLDU

Azərbaycan klubu CEV kubokunun ilk oyununda MƏĞLUB OLDU

Abid Qafarov və Beydulla Manafov da Baş Prokurorluğa ÇAĞIRILDI - VİDEO

Abid Qafarov və Beydulla Manafov da Baş Prokurorluğa ÇAĞIRILDI - VİDEO

Bakıda qaz xəttində yanğın OLDU

Bakıda qaz xəttində yanğın OLDU

İbrahim Borçalı 2 milyon manatlıq ziyana düşdü - VİDEO

İbrahim Borçalı 2 milyon manatlıq ziyana düşdü - VİDEO

Sevinc Osmanqızı Baş Prokurorluğa ÇAĞIRILDI - VİDEO

Sevinc Osmanqızı Baş Prokurorluğa ÇAĞIRILDI - VİDEO

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

Türkiyədən ÜZÜCÜ XƏBƏR: Daha bir təyyarə qəzaya uğradı, ölən var

Türkiyədən ÜZÜCÜ XƏBƏR: Daha bir təyyarə qəzaya uğradı, ölən var

Millimiz İslandiyaya UDUZDU - VİDEO

Millimiz İslandiyaya UDUZDU - VİDEO

Daxili Qoşunlarda gənc əsgərlərin andiçmə mərasimi keçirildi - FOTO

Daxili Qoşunlarda gənc əsgərlərin andiçmə mərasimi keçirildi - FOTO

Türkiyəyə məxsus təyyarə Xorvatiyaya uçuş zamanı radarlardan İTDİ

Türkiyəyə məxsus təyyarə Xorvatiyaya uçuş zamanı radarlardan İTDİ

"Bu qidaları yeyənlərin dərman atmağa ehtiyacı olmur"

"Bu qidaları yeyənlərin dərman atmağa ehtiyacı olmur"

“Napoli”nin daha bir futbolçusu “Qarabağ”a qarşı OYNAMAYACAQ

“Napoli”nin daha bir futbolçusu “Qarabağ”a qarşı OYNAMAYACAQ

End of content

No more pages to load

RADİO