Qusarda evdən kişi meyiti tapılıb.
Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə,rayonun Çətkün kənd sakini, 48 yaşlı Firudin Yarəhməd oğlu Xanbabayevin meyiti yaşadığı evdə aşkarlanıb.
Hadisə yerinə Qusar rayonunun polis və prokurorluq əməkdaşları cəlb olunub.
Meyitin üzərində zorakıklıq əlamətləri olmayıb.
Mərhumun hansı səbəbdən dünyasını dəyişməsini Qusar rayon prokurorluğu araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu