Bakıda ən ucuz kirayə evlər bu ərazilərdədir

Son illərdə Bakının daşınmaz əmlak bazarında, xüsusilə də kirayə seqmentində ciddi dəyişikliklər müşahidə olunur. Qiymətlərin formalaşmasına bir sıra amillər - mənzilin yerləşdiyi ərazi, metroya və mərkəzə yaxınlıq dərəcəsi, tikilinin yaşı və mənzilin şəraiti təsir göstərir

Bizim.Media xəbər verir ki, bu barədə Metbuat.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, şəhərin mərkəzinə və metro stansiyalarına yaxın ərazilərdə kirayə qiymətləri yüksək, mərkəzdən və nəqliyyat xətlərindən uzaq ərazilərdə isə daha aşağıdır:

"Hazırda köhnə mənzillərin orta təklif qiyməti təxminən 455 manat təşkil edir. Yeni tikililərdə bu göstərici 607 manatdan başlayır, bəzi ərazilərdə isə qiymət 800 manata qədər yüksəlir.
 

Ən bahalı seqment isə şəhər mərkəzinə yaxın mənzillərdir. Burada kirayə qiymətləri 1000-1500 manat aralığında dəyişir. Bundan əlavə, xarici vətəndaşlara təklif olunan xüsusi evlərin qiymətləri daha yüksəkdir və bəzi hallarda hətta 2000 dollara qədər çata bilir".


Son vaxtlar qısamüddətli kirayə seqmentində də artım müşahidə edilir. Ekspert bildirib ki, günlük kirayə qiymətləri ötən dövrlə müqayisədə 20-25 faiz yüksəlib.

"Ümumilikdə, şəhər üzrə kirayə qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 12 faiz artıb. Avqust-sentyabr aylarında qiymətlərin artım tendensiyasının davam edəcəyi gözlənilir.

Hazırda bazarda mənzillərin məhdudluğu müşahidə olunur ki, bu da kirayə seqmentində qiymətlərin qalxmasına əsas səbəbdir".
 

Daşınmaz əmlak satışı ilə məşğul olan saytlarda apardığımız araşdırmaya görə, hazırda ən ucuz kirayə mənzillər əsasən Abşeron rayonu və Xırdalan şəhərində yerləşir. Bu ərazilərdə yeni tikililərin çoxluğu və mərkəzdən uzaqlıq qiymətlərin daha münasib qalmasına səbəb olur.


Masazır, Saray, Hökməli və Binəqədi qəsəbələri də ucuz seqmentə aid edilir. Burada xüsusilə 1-2 otaqlı mənzillər tələbə və gənc ailələr üçün daha əlçatan sayılır.Yeni Yasamalın kənar hissələri və Lökbatan da nisbətən ucuz qiymətlər təklif edir. Metroya uzaqlıq bu məkanlarda kirayə dəyərinin mərkəzə nisbətən aşağı olmasına gətirib çıxarır.

Eyni tendensiya Zabrat, Sabunçu və Ələt istiqamətlərində də müşahidə olunur.

Bu bölgələrdə əsasən köhnə tikililər və həyət evləri üstünlük təşkil edir və qiymətlər paytaxtın mərkəzi ilə müqayisədə xeyli aşağıdır. ən ucuz kirayə seqmenti Xırdalan-Masazır xətti ilə Binəqədi-Sabunçu qəsəbələrində formalaşır. Şəhərin mərkəzinə yaxınlaşdıqca qiymətlər kəskin şəkildə artır və bəzi hallarda bu fərq bir neçə dəfə təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Tatlıses əməliyyat olundu – FOTO

Tatlıses əməliyyat olundu – FOTO

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

Pendirin artıq duzu necə çıxarılır?

Pendirin artıq duzu necə çıxarılır?

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Netanyahu Livana ŞƏRT QOYDU

Netanyahu Livana ŞƏRT QOYDU

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

“Lüfthansa”nın pilotları tətil elan etdilər

“Lüfthansa”nın pilotları tətil elan etdilər

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

“Arsenal” öz meydanında uduzdu – VİDEO

“Arsenal” öz meydanında uduzdu – VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İraqın yeni prezidenti İLK ÇIXIŞINI edib

İraqın yeni prezidenti İLK ÇIXIŞINI edib

ADSEA sədri: 7 aya yağan yağış iki gündə yağdı - VİDEO

ADSEA sədri: 7 aya yağan yağış iki gündə yağdı - VİDEO

End of content

No more pages to load

RADİO