Xocavənd rayonunda yanğınlar başlayıb.
Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, Xocavənd rayon Edilli və Ağbulaq kəndi ərazisindəki meşə massivi yanır.
Hadisə yerinə FHN-nin qurudan Füzuli və Cəbrayıl rayonlarının yanğınsöndürən bölməsinin əməkdaşları, havadan Aviasiya dəstəsinin helikopteri cəlb olunub.
Hazırda yanğınsöndürmə əməliyyatları və yanğın davam edir.
Bizim.Media