İkinci əl DƏBİ – Gənclər niyə başqasının geyimini SEÇİR?

Son illər Bakıda və ətraf qəsəbələrdə ikinci əl geyim mağazalarının sayı nəzərəçarpacaq dərəcədə çoxalıb. Əvvəllər yalnız dar bir müştəri kütləsinin müraciət etdiyi bu dükanlar indi həm yaşlı təbəqənin, həm də gənclərin əsas alış-veriş məkanına çevrilib. Bəziləri üçün bu, əlçatan qiymətlərlə geyinmək imkanıdır, bəziləri üçün isə özünəməxsus tərz yaratmaq şansıdır.

Əslində, bu mağazalara artan marağın səbəbi sadəcə maddi ehtiyacdırmı, yoxsa gənclərin fərqli görünmək arzusu və “vintaj dəbi”nin təsiridir?
 

MÖVZU İLƏ BAĞLI:

İkinci əl geyimlərlə birgə "alınan" xəstəliklər


Sosioloq Validə Turan mövzuyla bağlı Bizim.Media-ya fikirlərini bölüşdü.

Onun sözlərinə görə, adətən aztəminatlı ailələr ikinci əl geyimlərindən maddi çətinliyə görə istifadə etsələr də, gənclər getdikcə daha çox stil və qənaəti özündə birləşdirən məhsulları seçirlər. Yəni böyük xərclər olmadan rahatlığı, yaradıcı üslubu qiymətləndirirlər.

“Məlumdur ki, işlənmiş geyim və əşyaların, aksessuarların, xüsusən də zinət əşyalarının özünəməxsus hekayəsi var. Hər nə qədər də gigiyenik cəhətdən məsləhət görülməsə də, adətən gənc nəsil belə məqamlarda “olmaz” sözünü anlamır. Sağlam və gənc orqanizmi də heç bir təhlükə ilə “qorxutmaq” olmur. Xüsusən də tarixi olan unikal əşyalar yeni nəslin marağını çəkir. Yəni diqqət kütləvi istehlaka deyil, fərdiliyə yönəldilir”.

Yeri gəlmişkən, yay aylarında sosial platformalarda da işlənmiş əşyaların alınmasına marağın kəskin artması müşahidə olunub. Təkrar istifadəyə maraq təkcə geyimlə məhdudlaşmayıb.

Kosmetik məhsullar, xüsusən az işlənmiş ətirlər, tonal kremlər, əl və üz kremləri (tubik formada) və aksessuarlar da təzə məhsullardan daha çox maraq görüb.

Bundan başqa, “payız vintaj estetikası” adı altında stilistlər də şirnikləndirici nümunələrlə çoxluğun seçiminə tabe olan insanları ətrafına toplaya biliblər. “Vintaj mətbəx” və “ikinci əl dekorasiya” da istifadəçilərin əsas sorğuları sırasındadır.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Tatlıses əməliyyat olundu – FOTO

Tatlıses əməliyyat olundu – FOTO

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

Pendirin artıq duzu necə çıxarılır?

Pendirin artıq duzu necə çıxarılır?

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Netanyahu Livana ŞƏRT QOYDU

Netanyahu Livana ŞƏRT QOYDU

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

“Lüfthansa”nın pilotları tətil elan etdilər

“Lüfthansa”nın pilotları tətil elan etdilər

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

“Arsenal” öz meydanında uduzdu – VİDEO

“Arsenal” öz meydanında uduzdu – VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İraqın yeni prezidenti İLK ÇIXIŞINI edib

İraqın yeni prezidenti İLK ÇIXIŞINI edib

End of content

No more pages to load

RADİO