600 bal yığanlar niyə tələbə ola bilmədi? - AÇIQLAMA

Son illər ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən 500, hətta 600-dən çox bal toplayan bəzi abituriyentlərin belə universitetlərə qəbul ola bilməməsi cəmiyyətdə ciddi müzakirələrə səbəb olur. Bu vəziyyət sual doğurur: səbəb yerlərin azlığıdır, yoxsa ixtisas seçiminin düzgün edilməməsi?

Bizim.Media xəbər verir ki, təhsil eksperti Elşən Qafarov “Ölkə.az”a açıqlamasında bildirib ki, Dövlət İmtahan Mərkəzinin verdiyi məlumata görə, təqribən 600-dən yuxarı bal toplayan 10 nəfər abituriyent müsabiqədən kənarda qalıb:

"Mən düşünürəm ki, bu tip gənclərimizin çöldə qalmaması üçün Dövlət İmtahan Mərkəzinin qəbul imtahanında dəyişiklik edilməyin vaxtı çatıb.

DİM-in qrup imtahanları ixtisas imtahanları ilə əvəz olunsun. Hər bir gənc bilməlidir ki, hansı ixtisası istəyir və həmin ixtisas üzrə ölkədə fəaliyyət göstərən 46 ali təhsil müəssisəsindən hansında bu ixtisas varsa, yalnız ora sənəd verməlidir.

Bizdə ciddi problemlərdən biri də budur ki, məsələn, hüquq fakültəsinə qəbul ola bilməyənlər tarix müəllimliyi seçir, həkimliyə düşə bilməyənlər isə kimya və ya biologiya müəllimliyi oxumağa məcbur qalırlar. Sadəcə ali məktəbə daxil olsunlar deyə bir sahəni arzulayırlar, amma başqa bir sahəyə düşürlər. DİM-in imtahan mexanizmi dəyişilməlidir". 

Ekspertin sözlərinə görə, hazırkı vəziyyətdə yüksək bal toplayan gənclərimiz görünür ki, konkret olaraq bir ixtisası yazıblar:

"Fərqli variantlar seçməyiblər, o baxımdan kənarda qalıblar. Dövlət İmtahan Mərkəzi tərəfindən yəqin ki, ikinci yerləşdirmə imtahanı olacaq və o gənclərimiz də kənarda qalmayacaq. O ki, qaldığı yerlərin azlığına, yerlər az deyil.
 

Bilirsiniz ki, 2022-2026-cı illər üçün ölkənin sosial iqtisadi inkişaf konsepsiyasının təhsil ilə bağlı olan bölməsində ali məktəblərə qəbul sayı ildən-ilə artırılır. Əgər 2022-ci il də daxil olmaqla biz hər il ölkənin ali məktəblərinə təxminən 45 min tələbə qəbul edirdiksə, artıq bu il bu rəqəm 65 minə çatıb. Keçən il 58 min, ondan əvvəlki il isə 55 min tələbə qəbul olunub. Yalnız üç il ərzində tələbə yerlərinin sayı 50 faiz artırılıb.


Arzu edirik ki, imtahanlar ixtisas üzrə keçirilsin. Belə olan halda yüksək bal toplayanlar və yaxud da ki, daxil ola bilməyənlər xaricə üz tuturlar. Bu həm beyin axınının, həm də kapital axınının xaricə getməsidir. Düşünürəm ki, bu dəyişikliklər olarsa, hər bir Azərbaycan gənci üçün arzuladığı ixtisas üzrə ali məktəbə daxil olmaq imkanı yaranar".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Tatlıses əməliyyat olundu – FOTO

Tatlıses əməliyyat olundu – FOTO

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

Pendirin artıq duzu necə çıxarılır?

Pendirin artıq duzu necə çıxarılır?

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Netanyahu Livana ŞƏRT QOYDU

Netanyahu Livana ŞƏRT QOYDU

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

“Lüfthansa”nın pilotları tətil elan etdilər

“Lüfthansa”nın pilotları tətil elan etdilər

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

“Arsenal” öz meydanında uduzdu – VİDEO

“Arsenal” öz meydanında uduzdu – VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

End of content

No more pages to load

RADİO