“Niyə istəmədiyim universitetdə 4 il oxuyum ki?!” - 518 balla kəsilən Yeganə

Üç gün əvvəl elan edilən ali təhsil müəssisələrinə qəbul imtahanının nəticələrinə əsasən, müsabiqədə iştirak edən 88 756 abituriyentdən 57 236 nəfəri qəbul olunub. 31 520 nəfər isə tələbə adını qazana bilməyib. Universitetə qəbul ola bilməyənlər arasında 500-600-dən çox bal toplayan abituriyentlər də var.

Bizim.Media xəbər verir ki,onlardan biri olan, 518 balla imtahandan kəsilən Yeganə İsgəndərova “qafqazinfo.az” açıqlamasında bildirib ki, o, üçüncü qrupa hazırlaşıb və imtahan nəticələri heç də gözlədiyi kimi olmayıb: 

“İxtisas seçimində yalnız öz istədiyim ixtisasları yazmışdım. 

İstədiyim ixtisasların balları birdən-birə 60-70 bal artdı deyə mən limitin altında qaldım. Əsas hədəfim Xarici Dillər Universitetində alman dili üzrə tərcümə ixtisası idi. Mən ixtisas seçimi edəndə bu ixtisasın balı 470-480 bal aralığında idi, bu il isə 550-ni keçib. Ümumiyyətlə, bu il üçüncü qrup üzrə imtahan verənlər çox olduğuna görə, “Fəlsəfə” kimi balı aşağı olan ixtisaslarda belə bal 240-dan 380-ə qədər artıb. Görülmüş şey deyil ki, bir ixtisasda 140 bal artım olsun”.

Y.İsgəndərova qeyd edib ki, ixtisas kodlaşdırmasında hədəflədiyindən kənar heç bir yer yazmayıb:

“Mən ancaq 10 ixtisas seçimi etmişdim, hamısını da alman dili üzrə tərcümə və ya filologiyasını yazmışdım. B2 səviyyəsində alman dili bilirəm. Heç bir halda növbəti il üçün Azərbaycan universitetlərinə hazırlaşmayacağam, nə də bal dondurub yenidən imtahan verməyəcəm. Yanvrda C1 səviyyəsi üzrə alman dilinin sertifkatını alıb, Almaniya məktəbində 12-ci ili oxuyub, daha sonra universitet imtahanı verməyi planlaşdırıram. Hüquqşünaslıq ixtisasını Almaniyada oxuyacağam”.

O, üçüncü ixtisas qrupu üzrə balların çox artmasından narazı qalıb: 

“Nəinki 518, hətta 600 balı keçənlər arasında da kəsilənlər var. Mənim dostlarımın içində də məndən çox bal toplayıb kəsilənlər oldu. Hansı ki, I və II qrup üzrə imtahan verən tanışlarım var ki, onlar 190 balla universitetə qəbul oldular. Mən də istəsəydim, qəbul olardım. Çünki ixtisas seçimində mütəxəssisə müraciət etmişdik.
 

O, ilk üç yerə mənim istədiyim ixtisasları yazdı, daha sonrakı yerlər istəmədiklərim idi. Yəni mən mütəxəssisin kodlaşdırdığı ixtisaslardan birinə düşüb mütləq tələbə adını qazanacaqdım. Amma mən o ixtisasları istəmirdim. Niyə məhz tələbə adı qazanmaq üçün 4 il istəmədiyim universitet və ixtisasda oxuyum ki?!


Tələbə adı qazanmaq o qədər də böyük şey deyil, əsas hədəfə çatmaqdır. Mən istədiyim balı topladım, amma hədəfim olan ixtisasa düşmədimsə, bu mənim günahım deyil. İkinci imtahanda da iştirak edəcəyəm, amma sadəcə ad olsun deyə... Qəbul olsam belə, imtina verəcəyəm”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Tatlıses əməliyyat olundu – FOTO

Tatlıses əməliyyat olundu – FOTO

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

Pendirin artıq duzu necə çıxarılır?

Pendirin artıq duzu necə çıxarılır?

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Netanyahu Livana ŞƏRT QOYDU

Netanyahu Livana ŞƏRT QOYDU

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

“Lüfthansa”nın pilotları tətil elan etdilər

“Lüfthansa”nın pilotları tətil elan etdilər

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

“Arsenal” öz meydanında uduzdu – VİDEO

“Arsenal” öz meydanında uduzdu – VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

End of content

No more pages to load

RADİO