Azərbaycanda xəyanət edənlər CƏRİMƏLƏNƏCƏK?

Rusiyada xəyanət edənlərə cərimə tətbiq etmək istəyirlər. Bu təkliflə rəsmi şəxslər çıxış ediblər.

Belə ki, evlilikdə sədaqətsizlik edənlər 15–20 min rubl cərimələnəcək. Ailədə uşaqlar varsa, cərimələr daha da ağırlaşır. Ailə və Evliliyin Dəstəklənməsi Fondunun rəhbəri Vitali Borodin istəyir ki, xəyanət edənlər hər bir tərk edilmiş uşaq üçün 50 min rubl ödəsin. Onun sözlərinə görə, oxşar qanunlar artıq BƏƏ və Avropa ölkələrində mövcuddur.

Bəs belə cərimələr nə qədər effektivdir?
 

MÖVZU İLƏ BAĞLI:

Xəyanətlərin səbəbləri BƏLLİ OLDU


Mövzu ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin deputatı Günay Ağamalı deyir ki, cəmiyyətimizin əsas dayaqlarından biri sağlam ailə institutudur:

“Ailə dəyərlərinin qorunması, həyat yoldaşları arasında qarşılıqlı sayğı və məsuliyyət hissinin gücləndirilməsi sosial sabitlik baxımından mühüm amildir. Təəssüf ki, bəzi hallarda ailədaxili xəyanətlər ailələrin dağılmasına, uşaqların psixoloji sarsıntılar yaşamasına və bütövlükdə cəmiyyətə mənfi təsirlərin artmasına səbəb olur.

Bəzi ölkələrdə xəyanət edən şəxslərə qarşı cərimələrin tətbiq edilməsi mexanizmləri mövcuddur. Bu cür  yanaşmaların ölkəmizdə tətbiqi çox ciddi müzakirə tələb edir”.

Müsahibimiz hesab edir ki, əsas məqsəd ailələri qorumaqdır:

“Bunun üçün də ilk növbədə maarifləndirmə işinin və ailə dəyərlərinin gücləndirilməsinə çalışmaq, eyni zamanda cəmiyyətin sağlam düşüncəyə sahiblənməsinə nail olmaq lazımdır. Azərbaycan dövləti ailə institutunun möhkəmlənməsi üçün daim genişmiqyaslı layihələr həyata keçirir, hüquqi bazanı gücləndirir və maarifləndirici tədbirlərə xüsusi diqqət ayırır.

Konstitusiyamızın 17 - ci maddəsində ailənin cəmiyyətin əsas özəyi kimi qiymətləndirilməlisi də bu istiqamətdə olan mövcud yanaşmanın təzahürüdür.

Hesab edirəm ki, ən böyük cərimə insanın öz vicdanı qarşısında yaşadığı mənəvi məsuliyyətdir. Ailə dəyərlərinin və qarşılıqlı sədaqətin hər iki tərəfdən qorunması, qarşılıqlı hörmət və səmimiyyətin gücləndirilməsi xəyanət hallarının qarşısını almaqda səmərəli nəticə verə bilər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Tatlıses əməliyyat olundu – FOTO

Tatlıses əməliyyat olundu – FOTO

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

Pendirin artıq duzu necə çıxarılır?

Pendirin artıq duzu necə çıxarılır?

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Netanyahu Livana ŞƏRT QOYDU

Netanyahu Livana ŞƏRT QOYDU

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

“Lüfthansa”nın pilotları tətil elan etdilər

“Lüfthansa”nın pilotları tətil elan etdilər

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

“Arsenal” öz meydanında uduzdu – VİDEO

“Arsenal” öz meydanında uduzdu – VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İraqın yeni prezidenti İLK ÇIXIŞINI edib

İraqın yeni prezidenti İLK ÇIXIŞINI edib

ADSEA sədri: 7 aya yağan yağış iki gündə yağdı - VİDEO

ADSEA sədri: 7 aya yağan yağış iki gündə yağdı - VİDEO

End of content

No more pages to load

RADİO