Bu ixtisaslara qəbul olunanlar iş tapa bilmir

Azərbaycanda hər il minlərlə gənc ali məktəblərə daxil olsa da, onların bir hissəsi seçdikləri ixtisas üzrə iş tapa bilmir. Bunun səbəbi isə əmək bazarının real tələbləri ilə universitetlərin təqdim etdiyi ixtisaslar arasında ciddi uyğunsuzluğun olmasıdır. Hüquq, beynəlxalq münasibətlər, jurnalistika kimi tanınmış ixtisaslar istisna, daha texniki və spesifik sahələrdə bu problem özünü göstərir.

Bizim.Media xəbər verir ki, “Modern.az” əmək bazarında nisbətən az tələbat olan bəzi ixtisasları araşdırıb.

Bunlar arasında Melorasiya mühəndisliyi və su idarəçiliyi ilə bağlı ixtisasları xüsusi ilə qeyd etmək olar.

Adıçəkilən ixtisaslara qəbul olan tələbələrin əsas iş imkanları Meliorasiya və Su Təsərrüfatı ASC və Kənd Təsərrüfatı Nazirliyinin layihələrindədir. Ancaq bu qurumların layihələri məhduddur və hər il yüzlərlə məzun üçün kifayət etmir.
 

Yerquruluşu və daşınmaz əmlakın kadastrı ixtisası üzrə ən böyük işverən dövlət strukturları - Əmlak Məsələləri Dövlət Xidməti və bələdiyyələrdir. Ancaq burada da vakansiyalar çox az olur. Özəl sektorda isə daşınmaz əmlak bazarı inkişaf etdiyindən müəyyən məhdud imkanlar mövcuddur.


Azərbaycanın sənaye istehsalı hələ də tam inkişaf etmədiyindən Materiallar mühəndisliyi ixtisas üzrə məzunlara əmək bazarında təlabat azdır. Onlar üçün sadəcə müdafiə sənayesi, metallurgiya və tikinti materialları istehsalı sahələrində məhdud imkanlar var. Bu ixtisasın gəncləri yeni texnologiyalara, məsələn, 3D printing və smart materiallar sahəsinə yönəlsələr, qlobal bazarda daha uğurlu ola bilərlər. Lakin universitetllərdə tədris olunan təhsil bu istəyi qarşılamır.

Əmək bazarında nisbətən daha real iş imkanı olan ixtisaslardan biri Qida mühəndisliyidir. "Azersun", "Gilan", "Pasha agrofood" kimi şirkətlər hər zaman qida texnologları axtarır. Lakin bu cür böyük şirkətlərdə çalışmaq üçün iş təcrübəsi mütləqdir.

Aerokosmik mühəndisliyi ixtisasının adı cəlbedici səslənsə də, Azərbaycanda bu ixtisas üzrə iş imkanları çox məhduddur.

Hazırda yalnız Azərkosmos və bəzi hərbi qurumlar məhdud sayda mütəxəssis tələb edir. Buna görə də gənclərin çoxu xaricdə şans axtarsa da, bunun üçün müxtəlif proqramlara qoşulmaları mütləqdir. 

Geomatika və geodeziya mühəndisliyi ixtisası Azərbaycan üçün kifayət qədər önəmli ixtisas hesab edilsə də, bu sahədə kadr yetişdirilməsi o qədər də ürəkaçan deyil. Bu ixtisasa sahib olanlar əsasən infrastruktur layihələrində, yol çəkilişi və xəritələşdirmə işlərində çalışa bilər.
 

Əlavə olaraq, məzunlar dron xəritələşdirilməsi, uzaqdan zondlama (remote sensing), GIS proqramları üzrə bilik qazanaraq öz imkanlarını genişləndirə bilsələr də, universitetlər bu ixtisası da SSR dövründən qalan materiallarla tədris etməyi “üstün hesab edirlər”. 


Cihaz mühəndisliyi mütəxəssislərinə əsasən SOCAR, neft-qaz sənayesi və bəzi texniki zavodlar maraq göstərir. Əlavə olaraq avtomatlaşdırma, elektronika və IoT (smart cihazlar) üzrə bacarıqlar gənclərə əlavə üstünlük qazandıra bilər. Lakin bu sahədə də rahatlıqla iş tapmaq qeyri-mümkün haldadır. 

Filologiya (rus, türk, ərəb, alman dilləri) üzrə təhsil alan tələbələr əvvəl müəllim olmaq imkanına sahib idisə, indi bu imkan məhdudlaşdırılıb və onlar əsasən nəşriyyatlarda və ya müxtəlif dövlət, özəl sektorlarda tərcüməçi kimi çalışa bilərlər. Əmək bazarında isə bu sahəyə təlabat təklifdən daha çox olduğu üçün iş tapmaq çətinləşir və maaş imkanları da bir o qədər azdır. 

Fəlsəfə ixtisasına qəbul olan məzunlarının əsas iş imkanı ali məktəblərdə müəllimlikdir. Lakin bunun üçün doktrantura dərəcəsini qazanmaq mütləqdir.

Eyni zamanda filologiyada olduğu kimi burada da təlabat təklifdən qat-qat çoxdur. Müəllimlik istisna olmaqla əmək bazarında fəlsəfəçilərə bir növ "yer yoxdur".

Bir sıra universitetlərdə tədris olunan su bioehtiyatları və akvakultura ixtisasına qəbul olan tələbələrin də iş imkanları məhduddur. Azərbaycan bu sahədə zəif inkişaf etdiyi üçün, iş imkanları yalnız kiçik balıqçılıq təsərrüfatları və dövlət qurumları ilə məhdudlaşır.

Ekologiya ixtisası da bu siyahıya əlavə oluna bilər. Belə ki, Ekoloqlara əsasən dövlət qurumlarında -Ekologiya və Təbii Sərvətlər Nazirliyi və ekoloji laboratoriyalarda ehtiyac olur. Amma vakansiyalar məhduddur.
 

Biotexnologiya ixtisas dünya təcrübəsində çox perspektivli olsa da, Azərbaycanda sözügedən sektor zəif inkişaf edib. Əsas iş yerləri sadəcə elmi-tədqiqat institutları və qida sənayesi ilə məhdudlaşır. 


Görünən odur ki, ali təhsil mərkəzlərində tədris olunan ixtisaslar əmək bazarı ilə uyğunlaşdırılmır və illərdir bu sahədə ciddi islahatlar getmir. Müşahidələr onu da deməyə əsas verir ki, əmək bazarı ilə ən çox ayaqlaşan ixtisaslar III və IV qruplarda olduğu üçün hər il bu humanitar və tibb sahələrinə hazırlaşan abituriyentlər arasında ciddi rəqabət gedir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Adınızın sirri: ad insanın taleyinə necə təsir edir?

Adınızın sirri: ad insanın taleyinə necə təsir edir?

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Tatlıses əməliyyat olundu – FOTO

Tatlıses əməliyyat olundu – FOTO

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

Pendirin artıq duzu necə çıxarılır?

Pendirin artıq duzu necə çıxarılır?

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Netanyahu Livana ŞƏRT QOYDU

Netanyahu Livana ŞƏRT QOYDU

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

“Lüfthansa”nın pilotları tətil elan etdilər

“Lüfthansa”nın pilotları tətil elan etdilər

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

“Arsenal” öz meydanında uduzdu – VİDEO

“Arsenal” öz meydanında uduzdu – VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

End of content

No more pages to load

RADİO