Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Pirsaat çayının Qobustan rayonunun Poladlı kəndindən keçən hissəsində 3 nəfərin batması barədə məlumat daxil olub.
Nazirlikdən Bizim.Media-ya bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri axtarışlara cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində batan şəxslərin meyitləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bizim.Media