Qanunsuz evlər bu halda SÖKÜLƏCƏK

Ölkədə çıxarışı olmayan evlərin sayı yüz minlərlədir. Məhz mətbuatda son dövrlərdə tez-tez qanunsuz tikililərin müvafiq qurumlar tərəfindən sökülməsi məlumatlarına rast gəlirik. Maraqlıdır, qanunsuz evlər hansı hallarda sökülə bilər?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlama verən hüquqşünas Ruslan Mustafayev bildirib ki, sənədsiz evlərdə müəyyən rəsmi sənəd olsa da, rəsmiləşdirmə tam deyil, qanunsuz evlər isə başqasının torpağında tikilir:

"Ümumiyyətlə, bu məsələdə sənədsiz evlər və qanunsuz evlər arasında aparılmalıdır. Sənədsiz evlər şəxslərin müəyyən ilkin sənədləri var. Belə ki, icra hakimiyyətinin sərəncamı, bələdiyyə arasında alğı-satqı müqaviləsi. Amma evin tikintisi ilə bağlı və ya tikintisindən sonrakı səbədləşdirmələr düzgün aparılmayıbsa, bu artıq sənədsiz evlər hesab olunur.
 

Qanunsuz tikililərlər isə onlara məxsus olmayan torpaqların üzərində şəxslər tərəfindən tikilmiş evlərdir. Təbii olaraq, bu torpaqların mülkiyyətçiləri var. Bu ya fiziki şəxslərdi, ya da bələdiyyə və dövlət mülkiyyətçisidir. Belə olan təqdirdə müxtəlif hüquqi nüanslar yaranır. Hər birinin həlli də fərqli formadadır".


Onun sözlərinə görə, özbaşına söküntülər qanunsuzdur:

"Bugünkü gündə məhkəmələrin icraatında bu tip işlər var ki, şəxslər digər şəxslər qarşı onların torpaqlarının zəbt olunması həddi üzərində fərdi yaşayış evlərinin tikilməsi ilə bağlı iddialar qaldırıb. Həmin tikintilərlərin sökülməsi, həmin evlərdən çıxarılması ilə bağlı tələblər var.
 

Amma birbaşa söküntünün həyata keçirilməsi ilə bağlı sosial şəbəkələrdən kifayət qədər məlumatlara rast gəlirik. Məsələn, dövlət orqanları və yaxud fiziki şəxslər özləri heç bir rəsmi sənəd olmadan, onların torpağında tikilmiş əmlakları sökülməsi ilə bağlı tədbirlər həyata keçirirlər. Bu təbii olaraq, qanunsuzdur".


O bildirdi ki, qanunsuz tikililərin sökülməsi yalnız məhkəmə qərarı ilə mümkündür:

"Məsələnin hüquqi yolu şəxs öz mülkiyyət hüququ təsdiq edən sənədlərlə bərabər, hüquqi şəxs, bələdiyyə, dövlət orqanı məhkəməyə müraciət etməlidi. Məhkəmə qaydasında sübut etməlidir ki, həmin ərazi ona məxsusdur. Həmin ərazidə tikintilərlər qanunsuz tikintidi, heç bir rəsmiləşdirmə aparılmadan, onun icazəsi, xəbəri olmadan tikilib.
 

Əmlakın sökülməsi, həmin şəxslərin oradan çıxarılması ilə bağlı qərarın verilməsini məhkəmədən xahiş etməlidir. Məhkəmə bu işləri araşdırır, müvafiq orqanlara sorğular verir, ekspertizalar təyin edir. Bundan sonra işin nəticəsinə uyğun olaraq qərar qəbul edir. Həmin qərarda iddia təmin və ya rədd və yaxud qismən təmin edilə bilər.


Məhkəmə qərar qəbul etmədən həmin tikintilər sökməyə heç kimin ixtıyarı yoxdur. Yeni məhkəmənin qətnaməsinə uyğun olaraq hərəkət edilməlidir. Yalnız məhkəmə qərarı ilə bu proses həyata keçirilən bilər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avtomobil bazarında gözlənilməz dönüş: Maşınlar təcili satılır, qiymətlər enir

Avtomobil bazarında gözlənilməz dönüş: Maşınlar təcili satılır, qiymətlər enir

Adınızın sirri: ad insanın taleyinə necə təsir edir?

Adınızın sirri: ad insanın taleyinə necə təsir edir?

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Tatlıses əməliyyat olundu – FOTO

Tatlıses əməliyyat olundu – FOTO

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

Pendirin artıq duzu necə çıxarılır?

Pendirin artıq duzu necə çıxarılır?

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Netanyahu Livana ŞƏRT QOYDU

Netanyahu Livana ŞƏRT QOYDU

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

“Lüfthansa”nın pilotları tətil elan etdilər

“Lüfthansa”nın pilotları tətil elan etdilər

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

“Arsenal” öz meydanında uduzdu – VİDEO

“Arsenal” öz meydanında uduzdu – VİDEO

End of content

No more pages to load

RADİO