Nizami rayonunda “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirildi - FOTO

Bakının Nizami rayonunda “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.

Bizim.Media xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Nizami Rayon İcra Hakimiyyətinin, bir sıra tərəfdaş təşkilatların dəstəyi ilə təşkil olunan tədbir çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 10 litr tutumu olan şüşə butulka/banka, 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə ediblər.

Əhalinin tullantıların düzgün idarə olunması ilə bağlı məlumatlandırılması və çeşidləmə vərdişlərinin təşviq olunması məqsədilə keçirilən və maraqlı interaktiv tədbirlər də yer aldığı festivalda vətəndaşlar tullantıları gətirərək həm təbiətə töhfə verib, həm də müxtəlif hədiyyələr qazanıblar.

Festival zamanı ümumi tutumu 8 min 985 litr olan plastik tullantı, 1890 olan şüşə tullantı, 2 min 620 işlənmiş batareya toplanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova AZƏRTAC-a açıqlamasında bugünkü tədbirin bu il ərzində 5-ci festival olduğunu və bildirib. Qeyd olunub ki, bu gün də daxil olmaqla 28 min litrdən artıq plastik butulka, 5 min litrə kimi şüşə butulka, 4 min 500-dən artıq işlənmiş batareya təhvil götürülüb.

“Ötən il ərzində yeddi belə bir festival keçirilib. Ən sevilən tədbirlərdən biridir və vətəndaşlar kifayət qədər maraq göstərirlər. Onlar evdə çeşidlədikləri plastik, şüşə tullantıları təhvil verərək əvəzində müxtəlif hədiyyələr - kitablar, məktəbli ləvazimatları, qida məhsulları və s. götürüblər.

Əslində hər kəs tullantıları düzgün idarəetmə vərdişlərinə malik olmalıdır. Çünki məlum məsələdir ki, paytaxt və rayonlarda çeşidlənmə konteynerləri quraşdırılıb. Biz sadəcə istəyirik ki, vətəndaşlar tullantıların təbiətə verdiyi zərəri anlasınlar və onun qarşısını almaq üçün öz əllərindən gələni əsirgəməsinlər. Bu cür aksiyalar zamanı vətəndaşları tullantıların çeşidlənməsinə stimullaşdırmaq istəyirik. Onlar başa düşsünlər ki, tullantı saydığımız hər şey heç də lazımsız vasitə deyil. Əşyanın öz təyinatı üzrə proses başa çatıbsa, bundan sonra da o, yenidən xammala çevrilə bilər. Bildiyimiz kimi, plastik tullantılar bu gün qlobal ekoloji problemlərdən biridir. Ölkəmizdə də nazirlik tərəfindən bu yöndə maarifləndirici tədbirlər mütəmadi olaraq keçirilir”, - deyə Səyyarə Məmmədova qeyd edib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avtomobil bazarında gözlənilməz dönüş: Maşınlar təcili satılır, qiymətlər enir

Avtomobil bazarında gözlənilməz dönüş: Maşınlar təcili satılır, qiymətlər enir

Adınızın sirri: ad insanın taleyinə necə təsir edir?

Adınızın sirri: ad insanın taleyinə necə təsir edir?

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Tatlıses əməliyyat olundu – FOTO

Tatlıses əməliyyat olundu – FOTO

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

Pendirin artıq duzu necə çıxarılır?

Pendirin artıq duzu necə çıxarılır?

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Netanyahu Livana ŞƏRT QOYDU

Netanyahu Livana ŞƏRT QOYDU

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

“Lüfthansa”nın pilotları tətil elan etdilər

“Lüfthansa”nın pilotları tətil elan etdilər

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

“Arsenal” öz meydanında uduzdu – VİDEO

“Arsenal” öz meydanında uduzdu – VİDEO

End of content

No more pages to load

RADİO