Göygöldə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.
Hərəkətdə olan "VAZ-2107" markalı maşınla KİA markalı avtomobil toqquşub. İlkin məlumata görə, hadisədə xəsarət alan var. Onların şəxsiyyəti müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu