Bu gün Şəki şəhərində qaz təchizatının verilişində fasilə yaranıb.
Bizim.Media-nın yerli bürosu Regional Qaz İdarəsinə istinadən xəbər verir ki, şəhərin “Qışlaq” ərazisindən keçən hissəsində yeraltı qaz kəmərində qəflətən sızma qeydə alınıb. Bu səbəbdən şəhərə verilən mavi yanacaq dayandırılıb.
Əraziyə dərhal müvafiq idarələrin əməkdaşları cəlb edilib. Sızma yeri tam dəqiqləşdiriləndən sonra qazıntı işlərinə başlanılıb. Çox sayda əməkdaş və texnika hadisə yerinə cəlb olunub və hazırda ərazidə iş aparılır.
Təmir işləri yekunlaşandan sonra xəttin etibarlılığı yoxlanılacaq. Daha sonra mavi yanacağın verilməsi təmin olunacaq.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu