Avqustun 23-də paytaxtın Yasamal rayonu ərazisində 1988-ci il təvəllüdlü İradə Muradovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, ilkin araşdırmalarla 1977-ci il təvəllüdlü Emin Ağacanovun aralarında yaranmış mübahisə zamanı tanışı İradə Muradovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Emin Ağacanov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.
Bizim.Media