Azərbaycanlılar arasında "gizli xəstəlik" aşkarlandı - Əlamətləri açıqlandı

Statistikaya görə, Azərbaycanda sosial mediada 300–400 min insana çatan paylaşımları cəmi 2–5 min nəfər bəyənir. Yəni yüz minlərlə baxış, amma minlərlə "like".

Bəs niyə sosial media istifadəçiləri gördüyünü bəyənməkdən çəkinir?

Bizim.Media xəbər verir ki, psixoloq Aydan Məmmədova Ölkə.az-a açıqlamasında bildirib ki, sosial şəbəkədə maraqlı bir hal var, insanlar baxır, amma çox vaxt bəyənmir və paylaşmır:

"Halbuki içində gülür, təsirlənir, hətta çox bəyənir, amma reaksiyasını göstərmir.
 

Bunun psixoloji tərəfləri var. Məsələn, paxıllıq və rəqabət hissi. İnsan düşünür ki, əgər mən bunu bəyənsəm, qarşı tərəf daha çox diqqət qazanacaq. Ona görə də geri çəkilir.


Hətta dostunun yazısını oxuyur, amma “onsuz da kifayət qədər diqqət alır, mən də bəyənməsəm, bir şey olmaz” deyə keçir gedir.

Bir də eqo məsələsi var. Bəzən bəyənmək insana elə gəlir ki, qarşı tərəfi özündən üstün göstərir. Düşünür ki, “mən də eyni şeyi yaza bilərdim, niyə onu böyüdüm ki?” Ona görə də bəyənməkdən qaçır.
 

Başqa bir hal isə özünü önə çıxarma ehtiyacıdır. İnsan başqasının paylaşımını sadəcə paylaşmaq yerinə onu öz səhifəsinə yükləyir. Çünki diqqətin özündə qalmasını istəyir.


Məsələn, bir video xoşuna gəlir, paylaşmaq yerinə, endirib öz səhifəndə paylaşırsan ki, sanki “mən də maraqlıyam” mesajı versin.

Çox adam da sadəcə passiv izləyicidir. Baxır, gülür, təsirlənir, amma heç bir reaksiya göstərmir.
 

Beynində sanki belə bir fikir var: “like" etsəm, artıq öhdəlik götürmüş oluram.” Halbuki bu, sadəcə bir klikdir".


Psixoloq qeyd edib ki, bundan əlavə sosial müqayisə məsələsi var:

"İnsan başqasının uğurlu və maraqlı paylaşımını dəstəkləyəndə özünü ikinci planda görə bilər. Düşünür ki, “mən bəyənərəm, o daha bilikli görünər, mən isə kölgədə qalaram.”
 

Bir də sosial təsdiq qorxusu var. Yəni insanlar düşünür ki, "birdən çox bəyənmiş kimi görünərəm", ya da başqaları deyər ki, “bu adam çox reklam edir.” Məsələn, dostunun iş elanını görür, xoşuna gəlir, amma bəyənmədən keçir gedir.


Ən maraqlısı isə yaxınlıq paradoksudur. Yəni insan ən çox tanıdığı adama daha az dəstək verir.

Çünki beynində belə bir fikir yaranır: “Onsuz da məni tanıyır, niyə sosial mediada da dəstək verim ki?” Beləliklə, uzaq bir tanışın paylaşımını bəyənə bilər, amma ən yaxın dostunun paylaşımlarına fikir verməz.

Nəticədə belə bir mənzərə yaranır: baxırıq, amma bəyənmirik; bəyənirik, amma paylaşmırıq; sevirik, amma göstərmirik. Bunun arxasında paxıllıq, eqo, özünü önə çıxarma istəyi, passiv izləyicilik, sosial müqayisə, təsdiq qorxusu və yaxınlıq paradoksu dayanır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Bunu dövlət səviyyəsində qadağan edərdim"

"Bunu dövlət səviyyəsində qadağan edərdim"

Avtomobil bazarında gözlənilməz dönüş: Maşınlar təcili satılır, qiymətlər enir

Avtomobil bazarında gözlənilməz dönüş: Maşınlar təcili satılır, qiymətlər enir

Adınızın sirri: ad insanın taleyinə necə təsir edir?

Adınızın sirri: ad insanın taleyinə necə təsir edir?

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Tatlıses əməliyyat olundu – FOTO

Tatlıses əməliyyat olundu – FOTO

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

Pendirin artıq duzu necə çıxarılır?

Pendirin artıq duzu necə çıxarılır?

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Netanyahu Livana ŞƏRT QOYDU

Netanyahu Livana ŞƏRT QOYDU

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

“Lüfthansa”nın pilotları tətil elan etdilər

“Lüfthansa”nın pilotları tətil elan etdilər

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

End of content

No more pages to load

RADİO