Tanınmış jurnalistlərin övladları bu ali məktəblərə qəbul oldu – FOTO

2025/2026-ci tədris ilində bir çox tanınmış jurnalistlərin övladları ali məktəblərə qəbul olub.

Bizim.Media həmin jurnalistlərin siyahısını təqdim edir:

"Yeni Müsavat" qəzetinin redaktoru Elşad Məmmədlinin qızı Gültək Məmmədli yüksək balla ali məktəbə daxil olub.


"Həkim atasıyam! Qızım, Gültək Azərbaycan Tibb Universiteti, tibb fakültəsinə (dövlət sifarişi) qəbul olundu!", - deyə jurnalist sosial şəbəkədə yazıb.

“Bizimyol.info” saytının əməkdaşı İradə Cəlilin oğlu Səməd Əlizadə İlahiyyat İnstitutunun Dinşünaslıq fakültəsində oxuyacaq.


"Aznews.az”ın baş redaktoru Taleh Şahsuvarovun oğlu Özgür Şahsuvarlı ADNSU-nun Mexatronika və robototexnika mühəndisliyi ixtisasında təhsil alacaq. O, əyani şöbənin dövlət sifarişli yerini qazanıb.


"CBC Sport" telekanalının aparıcısı Pərviz Musayevin oğlu Osman Musayev də tələbə adını qazanıb.


Azərbaycan Jurnalistlər Birliyinin üzvü, mədəniyyət yazarı, kino araşdırmaçısı, prodüser Vasif Ayanın qızı Ayan Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alacaq.


"Səs" qəzetinin əməkdaşları Lalə Mehralı və Elçin Bayramov cütlüyünün oğlu Altay Beynəlxalq Türk Qazax Universitetinın qrant proqramını qazanıb.


Jurnalist Samir Əli tələbə atası kimi sevinən valideynlər sırasındadır. Onun oğlu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi adını qazanıb.


“Yeni çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgərin oğlu da tələbə adını qazananlar siyahısındadır. O, Türkiyədə təhsil alacaq.

“Başda öz oğlum olmaqla tələbə adını qazanan bütün gəncləri, xüsusilə mənə “əmi” deyən canlarımı təbrik edirəm…” - deyə A.Ələsgər sosial şəbəkədə yazıb.


"Cümhuriyət" qəzeti və "Cebhe.info" xəbər portalının redaktoru Elnarə Kərimova və Güney Azərbaycandan olan jurnalist, politoloq Əlirza Zamaninin oğlu Ərkin Zamani Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının ümumi fiziki hazırlıq fakültəsinə qəbul olunub.

Peşəkar futbolla məşğul olan yeniyetmə dövlət sifarişi ilə oxuyacaq. "3 il hər gün səhər saat 6-da durmaq hər oğulun işi deyildi. Özü istədiyi oldu, üstəlik də dövlət sifarişi ilə. Uğurlar, Tələbə adın xeyirli olsun!",-deyə Elnarə Kərimova sosial şəbəkə hesabında yazıb.


“Bakivaxtı.az” saytının baş redaktoru Qalib İbrahimoğlunun övladı Murad Məmmədli də Türkiyədə ali təhsil alacaq. "Muradın 5-ci qəbul dəvətini Süleyman Dəmirəl Universitetinin İqtisadi və İdari Bilimlər Fakültəsindən aldıq", - deyə Q.İbrahimoğlu sosial media hesabında bildirib.


"Azərbaycan" qəzetinin şöbə redaktoru Rəşad Baxşəliyevin oğlu Nihat da universitetə qəbul olunub. "Tələbə adın mübarək oğlum!", - deyə jurnalist sevincini sosial şəbəkədə bölüşüb.


Jurnalist Tağı Türkün qızı Selcan Kərimli ADA Universitetinin Dövlət və İctimai Münasibətlər fakültəsinə daxil olub. "Gənc yazıçı, "Arzu" hekayələr kitabının müəllifi, qızım Selcan Kərimli ADA Universitetinin Dövlət və İctimai Münasibətlər fakültəsinə daxil oldu. Şükür."


"Qafqazinfo"nun redaktoru Gülşən Raufqızının övladı Gülnur Bakı Dövlət Universitetində ali təhsil alacaq. O da anası kimi jurnalistika ixtisasını seçib. "Tələbə anasıyam. Jurnalistikadan qaçmaq istədikcə, daha çox jurnalistimiz olur. Şükür, Allahıma", - deyə həmkarımız hisslərini ifadə edib.


Jurnalist Samir Mustafayevin qızı Yeganə Mustafazadə də tələbə adını qazananlardandır. "Bu balaca qız bizi sevindirdi. O, UNEC-in İqtisadiyyat fakültəsində dövlət sifarişi əsasında oxuyacaq. Övladı tələbə adını qazanan hər kəsi təbrik edirəm!", - Samir Mustafayev sevincini belə bölüşüb.


Telejurnalist, Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin redaktoru Könül Rəhimin oğlu Mikayıl Șıxılı da tələbə adını qazanan gənclər sırasına daxil olub. O, ADA Universitetinin Maliyyə fakültəsində (tədris ingilis dili dövlət sifarişi əsasında) ali təhsil alacaq.


Xatırladaq ki, ali təhsil müəssisələrinin müsabiqəsində 88756 nəfər iştirak edib. Onlardan 57236 nəfəri (o cümlədən 6461 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27956 (o cümlədən 1728 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 29280 (o cümlədən 4733 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Bunu dövlət səviyyəsində qadağan edərdim"

"Bunu dövlət səviyyəsində qadağan edərdim"

Avtomobil bazarında gözlənilməz dönüş: Maşınlar təcili satılır, qiymətlər enir

Avtomobil bazarında gözlənilməz dönüş: Maşınlar təcili satılır, qiymətlər enir

Adınızın sirri: ad insanın taleyinə necə təsir edir?

Adınızın sirri: ad insanın taleyinə necə təsir edir?

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Tatlıses əməliyyat olundu – FOTO

Tatlıses əməliyyat olundu – FOTO

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

Pendirin artıq duzu necə çıxarılır?

Pendirin artıq duzu necə çıxarılır?

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Netanyahu Livana ŞƏRT QOYDU

Netanyahu Livana ŞƏRT QOYDU

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

“Lüfthansa”nın pilotları tətil elan etdilər

“Lüfthansa”nın pilotları tətil elan etdilər

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

End of content

No more pages to load

RADİO