Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

"Son dövrlər sosial media platformalarında - xüsusən "instagram”da fəaliyyət göstərən media subyektlərinə aid xəbər səhifələrinin əsassız şikayətlər əsasında bloklanması və ya tamamilə silinməsi hallarına rast gəlinməkdədir. Bu cür hallar jurnalistlərin informasiya yaymaq hüququna və ictimaiyyətin operativ şəkildə məlumat əldə etmək imkanına ciddi şəkildə təsir göstərir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Mətbuat Şurasının Sosial Media ilə Əlaqələr Komissiyasının sədri Hacıbəy Heydərli deyib.

O qeyd edib ki, son zamanlar bir çox "instagram” xəbər səhifəsi tamamilə bağlanıb və ya məhdudlaşdırılıb:
 

"Komissiyamıza daxil olan müraciətlərdən və müşahidələrimizdən belə qənaətə gəlmək olur ki, geniş izləyici auditoriyasına malik, uzun illərdir sosial şəbəkələrdə rəsmi mənbələrə əsaslanaraq xəbər paylaşımı ilə məşğul olan bir neçə məşhur media subyektinin, xəbər səhifəsinin rəsmi məlumatlar və ya mənbələr əsasında yayımladığı xəbərlərə görə şikayət olunaraq "Instagram” platformasından silinib”.


Hacıbəy Heydərli bildirib ki, sosial media səhifələri araşdırılmadan bloklanır:

"Sosial media platformalarının şikayətləri avtomatik şəkildə, dərin analiz aparmadan bloklaması, silməsi media nümayəndələrinin fəaliyyəti üçün ciddi təhlükə və təhdid yaradır.

Bu cür hallarda səhifələrin yalnız qarşı tərəfin şikayəti geri çəkməsi halında bərpa edilməsi mexanizmi isə prosesin qeyri-şəffaf və birtərəfli həyata keçirildiyini göstərir”.

Hacıbəy Heydərli şikayətçilər haqda da danışıb:

"Son müşahidələr göstərir ki, "Instagram” sosial platformasında fəaliyyət göstərən xəbər səhifələri, böyük izləyici kütləsinə malik müğənnilər, bloqerlər, influenserlər və həkimlərin şikayətləri əsasında, heç bir əsas olmadan bağlanır. Qeyd etmək lazımdır ki, bu şəxslər ictimai maraq funksiyası daşıyır və onların fəaliyyəti barədə məlumat paylaşmaq tamamilə qanunidir.

Son olaraq isə xalq artisti Röya Ayxanın şikayətinə görə "lent.az”ın instagram səhifəsi bloklanıb.
 

Əslində isə sayt müğənninin hər kəsə açıq olan profilində paylaşdığı foto əsasında xəbər hazırlayıbmış. Xalq artistinin media subyektinə qarşı bu cür "hücumu” heç cür anlaşılan deyil.


Düşünürəm ki, müğənni sayta müraciət etsəydi, bu məsələ 2 tərəf arasında həll edilərdi.

Görünən odur ki, bəzi şəxslər özlərini toxunulmaz elan etmək üçün bu yola əl atırlar.

Hacıbəy Heydərli həmçinin qeyd edib ki, Azərbaycan Mətbuat Şurasının Sosial Media ilə Əlaqələr Komissiyası bu kimi hallarla bağlı təkliflər hazırlayacaq:
 

"Düşünürəm ki, sosial mediada fəaliyyət göstərən və peşəkar jurnalistika prinsiplərinə sadiq olan media səhifələrinin qorunması, onların əsassız müdaxilələrdən müdafiəsi vacib məsələdir.


Son vaxtlar bu istiqamətdə daxil olan müraciətlərin çoxluğu sosial media platformalarında jurnalistlərin hüquqi müdafiəsinin zəif olduğunu ortaya qoyur.

Komissiya mövcud vəziyyətin daha dərindən araşdırılması, media subyektlərinin, xəbər səhifələrinin əsassız silinməsi halların qarşısının alınması, həmçinin sosial şəbəkələrdə fəaliyyət göstərən media qurumlarının hüquqi müdafiəsinin gücləndirilməsi istiqamətində müvafiq təklifləri hazırlayır”. (azxeber.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Birgə yaşadıqları 60 milyonluq malikanəni CeyLoya verdi

Birgə yaşadıqları 60 milyonluq malikanəni CeyLoya verdi

Macarıstanda parlament seçkiləri: Orbanın partiyası qalib gələcəkmi?

Macarıstanda parlament seçkiləri: Orbanın partiyası qalib gələcəkmi?

Mehriban Əliyeva Müqəddəs Pasxa bayramı ilə bağlı paylaşım etdi - FOTO

Mehriban Əliyeva Müqəddəs Pasxa bayramı ilə bağlı paylaşım etdi - FOTO

ABŞ İranla hansı məsələlərdə razılığa gələ bilməyib? - SİYAHI

ABŞ İranla hansı məsələlərdə razılığa gələ bilməyib? - SİYAHI

Tramp: “İranla razılaşma olsa da, olmasa da, mənim üçün fərqi yoxdur”

Tramp: “İranla razılaşma olsa da, olmasa da, mənim üçün fərqi yoxdur”

İran XİN: ABŞ-la 2-3 mühüm mövzuda fikir ayrılığı qalıb

İran XİN: ABŞ-la 2-3 mühüm mövzuda fikir ayrılığı qalıb

Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ oldu

Vens: “İranla razılığa gəlmədən ABŞ-a qayıdırıq” - VİDEO

Vens: “İranla razılığa gəlmədən ABŞ-a qayıdırıq” - VİDEO

Bu gün IX sinif şagirdləri imtahan verəcək

Bu gün IX sinif şagirdləri imtahan verəcək

"Bunu dövlət səviyyəsində qadağan edərdim"

"Bunu dövlət səviyyəsində qadağan edərdim"

Avtomobil bazarında gözlənilməz dönüş: Maşınlar təcili satılır, qiymətlər enir

Avtomobil bazarında gözlənilməz dönüş: Maşınlar təcili satılır, qiymətlər enir

Adınızın sirri: ad insanın taleyinə necə təsir edir?

Adınızın sirri: ad insanın taleyinə necə təsir edir?

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Tatlıses əməliyyat olundu – FOTO

Tatlıses əməliyyat olundu – FOTO

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

Pendirin artıq duzu necə çıxarılır?

Pendirin artıq duzu necə çıxarılır?

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Netanyahu Livana ŞƏRT QOYDU

Netanyahu Livana ŞƏRT QOYDU

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

End of content

No more pages to load

RADİO