Qəhvə doğrudan da bizi xoşbəxt edirmiş, xüsusilə səhərlər - ARAŞDIRMA

Kofein tərkibli içkilərin müntəzəm qəbulu əhval-ruhiyyəni yaxşılaşdırır və bu təsir xüsusilə səhərlər daha qabarıq müşahidə olunur.

Bizim.Media xəbər verir ki, bu nəticəyə Bilefeld Universitetinin (Almaniya) və Vorvik Universitetinin (Böyük Britaniya) tədqiqatçıları gəlib. İşin nəticələri Scientific Reports jurnalında dərc olunub.
 

Tədqiqatda 236 gənc iştirak edib. Onlar dörd həftə ərzində gündə yeddi dəfə qısa sorğu dolduraraq əhval-ruhiyyələrini qeyd edib və son 90 dəqiqədə qəhvə və ya başqa kofeinli içki içib-içmədikləri haqda məlumat veriblər. Məlum olub ki, səhərlər qəhvə içdikləri zaman iştirakçılar kofeinsiz günlərlə müqayisədə özlərini xeyli dərəcədə gümrah, xoşbəxt və enerjili hiss ediblər.


Eyni zamanda hımin şəxslərdə kədər və ya qıcıqlanma kimi neqativ emosiyalarda cüzi azalma qeydə alınıb, amma bu təsir zəif olub və günün vaxtından asılı olmayıb. Maraqlıdır ki, kofeinə müsbət reaksiya insanların adətən nə qədər qəhvə içməsindən, yaxud narahatlıq, depressiv simptomlar və ya yuxu pozuntularından əziyyət çəkib-çəkməməsindən asılı olmayıb.

Alimlərin izahına görə, kofein adenozin reseptorlarını bloklayır və bu, beynin diqqət və əhval-ruhiyyə ilə bağlı sahələrində dopamin aktivliyini artırır. Məhz bu, emosional yüksəlişə səbəb ola bilər.

Tədqiqatçılar xatırladırlar ki, səhər qəhvəsinin faydalarına baxmayaraq, kofein asılılıq yarada bilər və onun həddindən artıq qəbulu sağlamlıq üçün risklidir. Xüsusilə günün ikinci yarısında kofeindən uzaq durmaq vacibdir, çünki bu, yuxunu poza bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Turan Tovuz" bu gün "Sumqayıt"ı sınağa çəkəcək

"Turan Tovuz" bu gün "Sumqayıt"ı sınağa çəkəcək

Melaniya Trampın açıqlaması Ağ Evdə yeni qalmaqal dalğası yaratdı - FOTO

Melaniya Trampın açıqlaması Ağ Evdə yeni qalmaqal dalğası yaratdı - FOTO

Pakistan XİN-dən ABŞ-İran danışıqlarının nəticələri ilə bağlı AÇIQLAMA

Pakistan XİN-dən ABŞ-İran danışıqlarının nəticələri ilə bağlı AÇIQLAMA

Hava limanında bir kişi balta ilə ABŞ hərbi təyyarəsinə hücum etdi - VİDEO

Hava limanında bir kişi balta ilə ABŞ hərbi təyyarəsinə hücum etdi - VİDEO

Birgə yaşadıqları 60 milyonluq malikanəni CeyLoya verdi

Birgə yaşadıqları 60 milyonluq malikanəni CeyLoya verdi

Macarıstanda parlament seçkiləri: Orbanın partiyası qalib gələcəkmi?

Macarıstanda parlament seçkiləri: Orbanın partiyası qalib gələcəkmi?

Mehriban Əliyeva Müqəddəs Pasxa bayramı ilə bağlı paylaşım etdi - FOTO

Mehriban Əliyeva Müqəddəs Pasxa bayramı ilə bağlı paylaşım etdi - FOTO

ABŞ İranla hansı məsələlərdə razılığa gələ bilməyib? - SİYAHI

ABŞ İranla hansı məsələlərdə razılığa gələ bilməyib? - SİYAHI

Tramp: “İranla razılaşma olsa da, olmasa da, mənim üçün fərqi yoxdur” - VİDEO

Tramp: “İranla razılaşma olsa da, olmasa da, mənim üçün fərqi yoxdur” - VİDEO

İran XİN: ABŞ-la 2-3 mühüm mövzuda fikir ayrılığı qalıb

İran XİN: ABŞ-la 2-3 mühüm mövzuda fikir ayrılığı qalıb

Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ oldu

Vens: “İranla razılığa gəlmədən ABŞ-a qayıdırıq” - VİDEO

Vens: “İranla razılığa gəlmədən ABŞ-a qayıdırıq” - VİDEO

Bu gün IX sinif şagirdləri imtahan verəcək

Bu gün IX sinif şagirdləri imtahan verəcək

"Bunu dövlət səviyyəsində qadağan edərdim"

"Bunu dövlət səviyyəsində qadağan edərdim"

Avtomobil bazarında gözlənilməz dönüş: Maşınlar təcili satılır, qiymətlər enir

Avtomobil bazarında gözlənilməz dönüş: Maşınlar təcili satılır, qiymətlər enir

Adınızın sirri: ad insanın taleyinə necə təsir edir?

Adınızın sirri: ad insanın taleyinə necə təsir edir?

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Tatlıses əməliyyat olundu – FOTO

Tatlıses əməliyyat olundu – FOTO

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

Pendirin artıq duzu necə çıxarılır?

Pendirin artıq duzu necə çıxarılır?

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

End of content

No more pages to load

RADİO