Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlərlə Ağdərə rayonu, Oratağ kəndi istiqamətində mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Aviasiya dəstəsinin qüvvələri iştirak edib.
Bizim.Media