Dünyanın ən bahalı ÜÇ PALTARI: Onları kimlər geyinib? - FOTO

Bunlar artıq bir dövrün simvoluna çevrilmiş əfsanəvi libaslardır və bu gün milyonlarla dollara satılsalar da, əslində onlar qiymətsiz mədəni irs nümunələridir.

Bizim.Media hərraclarda rekord qırmış üç libası təqdim edir.

“Happy Birthday, Mr. President” — Merilin Monronun 4,8 milyon dollarlıq donu

Bu sadəcə bir don deyil, əsl xəzinədir. Aktrisa Merilin Monro onu 1962-ci ildə geyinərək “Madison Square Garden” səhnəsinə çıxmış və o dövrün prezidenti Con Kennedi üçün məşhur “Happy Birthday” ifasını səsləndirmişdi. Axşam ziyafəti üçün nəzərdə tutulmuş bu futlyar-donu modelyer Jan Lui Berto (daha çox Jan Lui kimi tanınır) hazırlamışdı. Dizayner “çılpaq” görünümlü libas üçün Fransadan ən incə dəri rəngli ipək parçadan və tikilişdə demək olar ki, görünməyən saplardan istifadə etmişdi. Don Monronun Brendvudakı evində tikilmişdi, qəlib isə birbaşa onun fiqurasına uyğun götürülmüşdü.

2016-cı ildə bu don rekord vuraraq hərracda satılan ən bahalı libas oldu — o, 4,8 milyon dollara alındı.

“The Seven Year Itch” — Monronun 4,6–5,6 milyon dollarlıq ağ donu Metrodan qalxan hava axınının yüngül ətəyi qaldırdığı kadr XX əsr kinosu üçün kult səhnəyə çevrildi. Aktrisa Merilin Monronun geyindiyi don isə kanonik oldu və dərhal qadın seksuallığının və azadlığının simvoluna çevrildi. Məhz bu libas Monronu ulduza çevirdi.

Bu əfsanəvi donun müəllifi stilist, geyim rəssamı və Monronun dostu (bəzi şayiələrə görə hətta sevgilisi) Uilyam Travilla idi. O, aktrisa üçün çoxlu kino obrazları yaratmışdı, amma bu libasa xüsusi önəm vermirdi və onu “bu axmaq balaca don” adlandırırdı. Belə fason 50-ci illərdə çox dəbdə idi, buna görə də Travillanın məhz bu modeli seçməsi təəccüblü deyildi.

2011-ci ildə bu don “Profiles in History” hərracında 4,6 milyon dollardan çox qiymətə satıldı (komissiya ilə birlikdə — 5,6 milyon dollardan yuxarı). Bu obraz bu gün də dünya kinosunun ən çox tanınan simvollarından biri olaraq qalır.

“Qara Givenchy donu” — Odri Hepbern “Tiffanidə səhər yeməyi” filmində — 923 min dollar Yuber de Jivanshi tərəfindən hazırlanmış zərif qara don kult filmi “Tiffanidə səhər yeməyi”nin əsas bəzəyi və qüsursuz zövqün simvolu oldu. Dizayner və Odri uzun illər dostluq edərək, əməkdaşlıq qurmuşdular. Bu don 60-cı illərin üslubunu və Paris dəbdəbəsini “Givenchy” moda evinin ən yaxşı ənənələrində təcəssüm etdirirdi.

Modelyer çəkilişlərdən əvvəl Odri üçün bu donun üç nüsxəsini hazırlamışdı. Əl ilə tikilmiş orijinal don hazırda “Givenchy”nin şəxsi arxivində saxlanılır, Odri tərəfindən Paramount-a qaytarılan nüsxə isə Madridin Museo del Traje muzeyində nümayiş olunur. Digər bir nüsxə isə 2006-cı ilin dekabrında “Christies” hərracında anonim alıcıya 923 min dollara satılıb. (lent.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Turan Tovuz" bu gün "Sumqayıt"ı sınağa çəkəcək

"Turan Tovuz" bu gün "Sumqayıt"ı sınağa çəkəcək

Melaniya Trampın açıqlaması Ağ Evdə yeni qalmaqal dalğası yaratdı - FOTO

Melaniya Trampın açıqlaması Ağ Evdə yeni qalmaqal dalğası yaratdı - FOTO

Pakistan XİN-dən ABŞ-İran danışıqlarının nəticələri ilə bağlı AÇIQLAMA

Pakistan XİN-dən ABŞ-İran danışıqlarının nəticələri ilə bağlı AÇIQLAMA

Hava limanında bir kişi balta ilə ABŞ hərbi təyyarəsinə hücum etdi - VİDEO

Hava limanında bir kişi balta ilə ABŞ hərbi təyyarəsinə hücum etdi - VİDEO

Birgə yaşadıqları 60 milyonluq malikanəni CeyLoya verdi

Birgə yaşadıqları 60 milyonluq malikanəni CeyLoya verdi

Macarıstanda parlament seçkiləri: Orbanın partiyası qalib gələcəkmi?

Macarıstanda parlament seçkiləri: Orbanın partiyası qalib gələcəkmi?

Mehriban Əliyeva Müqəddəs Pasxa bayramı ilə bağlı paylaşım etdi - FOTO

Mehriban Əliyeva Müqəddəs Pasxa bayramı ilə bağlı paylaşım etdi - FOTO

ABŞ İranla hansı məsələlərdə razılığa gələ bilməyib? - SİYAHI

ABŞ İranla hansı məsələlərdə razılığa gələ bilməyib? - SİYAHI

Tramp: “İranla razılaşma olsa da, olmasa da, mənim üçün fərqi yoxdur” - VİDEO

Tramp: “İranla razılaşma olsa da, olmasa da, mənim üçün fərqi yoxdur” - VİDEO

İran XİN: ABŞ-la 2-3 mühüm mövzuda fikir ayrılığı qalıb

İran XİN: ABŞ-la 2-3 mühüm mövzuda fikir ayrılığı qalıb

Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ oldu

Vens: “İranla razılığa gəlmədən ABŞ-a qayıdırıq” - VİDEO

Vens: “İranla razılığa gəlmədən ABŞ-a qayıdırıq” - VİDEO

Bu gün IX sinif şagirdləri imtahan verəcək

Bu gün IX sinif şagirdləri imtahan verəcək

"Bunu dövlət səviyyəsində qadağan edərdim"

"Bunu dövlət səviyyəsində qadağan edərdim"

Avtomobil bazarında gözlənilməz dönüş: Maşınlar təcili satılır, qiymətlər enir

Avtomobil bazarında gözlənilməz dönüş: Maşınlar təcili satılır, qiymətlər enir

Adınızın sirri: ad insanın taleyinə necə təsir edir?

Adınızın sirri: ad insanın taleyinə necə təsir edir?

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Tatlıses əməliyyat olundu – FOTO

Tatlıses əməliyyat olundu – FOTO

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

Pendirin artıq duzu necə çıxarılır?

Pendirin artıq duzu necə çıxarılır?

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

End of content

No more pages to load

RADİO