Ağdam, Laçın, Qubadlı, Füzulidən məcburi köçkün düşmüş, işgəncələr görmüş şəxslər İFADƏ VERDİLƏR

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 22-də davam etdirilib.

Bizim.Media xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə qatılan zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Sonra zərərçəkənlərin ifadələri dinlənilib.

Zərərçəkmiş şəxs Məhbubə Bəbirxanova bildirib ki, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşüb.

Elmira Həsənova qeyd edib ki, 1993-cü ildə Ağdam rayonundan ailə üzvləri ilə birgə məcburi köçkün düşüb. O, qardaşının 1992-ci il avqustun 28-də Ağdərədə şəhid olduğunu deyib.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualını cavablandıran zərərçəkmiş şəxs Zənurə Abışova ifadəsində Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 1993-cü ilin iyul ayında Ağdamdan məcburi köçkün düşdüyünü vurğulayıb.

Zərərçəkmiş şəxs Səadət Həşimova ifadəsində Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşdüyünü söyləyib. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualına cavabda işğal zamanı düşmənin mülki əhaliyə atəş açıldığını diqqətə çatdırıb.

Dövlət ittihamçısı Fuad Musayevin sualını cavablandıran zərərçəkmiş Arzu Bədəlova Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 1993-cü ildə Ağdam rayonunun Eyvazxanbəyli kəndindən məcburi köçkün düşdüyünü deyib.

Ağdamın Qiyaslı kəndindən olan zərərçəkmiş şəxs Bəsirə Soltanova ifadəsində Ermənistan silahlı qüvvələrinin 1993-cü il iyulunda kəndə hücum etdiklərini və ailəsi ilə birgə məcburi köçkün düşdüklərini bildirib: “Düşmənin açdığı “Qrad” atəşi nəticəsində kəndimizdə bir ailə məhv oldu. Bizə çox zülm etdilər”.
 

1988-ci ildə Ağdamın Kəngərli kəndinə gəlin köçdüyünü söyləyən zərərçəkmiş şəxs Ceyran Muxtarova ifadəsində bildirib ki, həyat yoldaşının işi ilə əlaqədar Bakıda yaşasalar da, tez-tez kənddə qohumlarımına baş çəkiblər. “1992-ci ildən sonra Ağdam rayonuna hücumlar intensivləşmişdi. İşğal zamanı qohumlarımdan şəhid və yaralılar oldu”, - deyə o əlavə edib.


Zərərçəkmiş şəxs Muxtar Həşimov ifadəsində 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Laçın rayonunun Cicimli kəndindən məcburi köçkün düşdüyünü bildirib: “Hələ 1989-cu ildə kəndimizdə çoban Mehdi Məhəmmədovu heyvan otardığı zaman qətlə yetirmişdilər. 1992-ci ildə isə kəndimizi ən müasir silahlardan atəşə tuturdular, aramsız mərmi yağdırırdılar. Həmin vaxt mən və körpə qızım ayağımızdan yaralanmışıq”.

Dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabında o “Qəbiristanlıqda qəbirlərimizin başdaşları dağıdılıb, ata-babalarımızın qızıl dişləri qarət olunub. Tarixi-dini abidələrimiz talanıb” deyib.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanlı müğənni ata olacaq - sevincindən AĞLADI - VİDEO

Azərbaycanlı müğənni ata olacaq - sevincindən AĞLADI - VİDEO

Yuxusuzluqdan ölüm halı BAŞ VERİRMİ?

Yuxusuzluqdan ölüm halı BAŞ VERİRMİ?

Qəbul imtahanının nəticələri AÇIQLANDI

Qəbul imtahanının nəticələri AÇIQLANDI

Tramp yenə Rusiyaya 2 həftə VAXT VERDİ - VİDEO

Tramp yenə Rusiyaya 2 həftə VAXT VERDİ - VİDEO

Dünyanın ən çox və az çirklənmiş şəhərləri AÇIQLANDI - Siyahıda Bakı da var

Dünyanın ən çox və az çirklənmiş şəhərləri AÇIQLANDI - Siyahıda Bakı da var

Aybəniz Haşımova ad gününü QEYD ETDİ - VİDEO

Aybəniz Haşımova ad gününü QEYD ETDİ - VİDEO

Vüqar Qurbanov ona vəzifə verdi - FOTO

Vüqar Qurbanov ona vəzifə verdi - FOTO

DİQQƏT: 3 500 abonentin qazı kəsiləcək

DİQQƏT: 3 500 abonentin qazı kəsiləcək

"Qalatasaray" Nelsonu İCARƏYƏ VERDİ

"Qalatasaray" Nelsonu İCARƏYƏ VERDİ

“Həkim”in çılpaq görüntülərini yaydığı qadın DANIŞDI - VİDEO

“Həkim”in çılpaq görüntülərini yaydığı qadın DANIŞDI - VİDEO

Lukaşenko: “Zəngəzur dəhlizinin reallaşdırılmasına heç kim mane ola bilməz” – VİDEO

Lukaşenko: “Zəngəzur dəhlizinin reallaşdırılmasına heç kim mane ola bilməz” – VİDEO

“Qarabağ” uduzdu, “Neftçi” yenə xal itirdi

“Qarabağ” uduzdu, “Neftçi” yenə xal itirdi

Azərbaycanlı "Tiktoker"ə ağır İTKİ - məzarı başında ürək dağladı - VİDEO

Azərbaycanlı "Tiktoker"ə ağır İTKİ - məzarı başında ürək dağladı - VİDEO

Bu dəfə təlxək uşaqları əyləndirmədi - Qorxunc OLAY - VİDEO

Bu dəfə təlxək uşaqları əyləndirmədi - Qorxunc OLAY - VİDEO

İmişlidə kanalda batan şəxsin meyiti TAPILDI

İmişlidə kanalda batan şəxsin meyiti TAPILDI

Ən çox qazanan tennisçilərin adları AÇIQLANDI

Ən çox qazanan tennisçilərin adları AÇIQLANDI

Qəhvə doğrudan da bizi xoşbəxt edirmiş, xüsusilə səhərlər - ARAŞDIRMA

Qəhvə doğrudan da bizi xoşbəxt edirmiş, xüsusilə səhərlər - ARAŞDIRMA

Ağdarədə dağlıq ərazidəki yanğın SÖNDÜRÜLDÜ - VİDEO

Ağdarədə dağlıq ərazidəki yanğın SÖNDÜRÜLDÜ - VİDEO

“İsrail Qəzzada aclıq yaratmır, onun qarşısını alır” - Netanyahunun ofisi

“İsrail Qəzzada aclıq yaratmır, onun qarşısını alır” - Netanyahunun ofisi

İngiltərə klubunun üzvü “Fənərbağça”ya KEÇDİ

İngiltərə klubunun üzvü “Fənərbağça”ya KEÇDİ

Astarada 47 yaşlı qadının qətli ilə bağlı cinayət işi BAŞLANDI

Astarada 47 yaşlı qadının qətli ilə bağlı cinayət işi BAŞLANDI

Dünyanın ən bahalı ÜÇ PALTARI: Onları kimlər geyinib? - FOTO

Dünyanın ən bahalı ÜÇ PALTARI: Onları kimlər geyinib? - FOTO

Həmyerlimiz Rusiyanın ən ali mükafatını ALDI

Həmyerlimiz Rusiyanın ən ali mükafatını ALDI

Güləşçimiz erməni rəqibinə qalib gələrək, dünya çempionu OLDU

Güləşçimiz erməni rəqibinə qalib gələrək, dünya çempionu OLDU

End of content

No more pages to load

RADİO