Lənkəran rayonunun Liman şəhər sakini polisə müraciət edərək “VAZ-21011” markalı avtomobilinin naməlum şəxslər tərəfindən qaçırıldığını bildirib.
Bizim.Media xəbər verir ki, müraciət əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 22 yaşlı R. Həsənov və 18 yaşlı P. Nəsrullazadə saxlanılıblar.
Qaçırılan avtomobil tapılaraq sahibinə qaytarılıb.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu