Onlar ali məktəbə imtahansız qəbul oldular

Hər il ölkəmizdə gənclər beynəlxalq fənn olimpiadalarında iştirak edərək öz bilik və bacarıqlarını nümayiş etdirir, uğurları ilə həm fərdi, həm də ölkəmiz üçün qürurverici nəticələr əldə edirlər.

Bu il ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul hüququ qazanan gənclər arasında Nəzrin Həsənova və Yunis İsayev də var.

Bizim.Media xəbər verir ki, beynəlxalq səviyyəli olimpiadanın qalibi olan bu gənclər “Azərbaycan müəllimi” ilə öz təəssüratlarını bölüşüb, beynəlxalq yarış təcrübəsi və gələcək planları haqqında danışıblar.

Nəzrin Həsənova bu il Kimya-biologiya təmayüllü Respublika liseyini bitirib.

O, müsabiqədənkənar qəbul vasitəsilə Xəzər Universitetinin “Kimya mühəndisliyi” ixtisasını seçib. Nəzrin deyir ki, tətbiqi kimyaya marağı məktəb dövründə iştirak etdiyi olimpiadalarla başlayıb:

“Kimya elmi ilə yaxından məşğul olduqca bu elmin digər sahələrlə inteqrasiyası və tətbiq olunduğu sahələrin çoxluğu məni cəlb etdi. Olimpiadalara 8-ci sinifdən hazırlaşmağa başladım.

Həmin dövrdə liseyin olimpiada sinfində təhsil alırdım. Əvvəl biologiya fənnindən olimpiadalara hazırlaşsam da, sonradan kimya müəllimim Elnur Nəbiyevin yaratdığı həvəs məni hazırlıqlarımı bu fənn üzrə davam etməyə təşviq etdi. Həm olimpiada sinfində oxumağım, həm də dərslərin düzgün təşkili həmin il Respublika fənn olimpiadalarında medal qazanmağıma kömək etdi.

Düşünürəm ki, elm olimpiadalarını idman yarışlarından fərqləndirən və daha çətin edən məqam odur ki, idman yarışlarında qalib olmaq üçün həm fiziki, həm də mənəvi güc tələb olunur. Elm olimpiadalarında isə fiziki yükün əvəzinə bütün yükü beyin daşıyır”.

Nəzrin vurğulayıb ki, gün ərzində imtahanlardan asılı olaraq 3–4, bəzən isə 6–7 saat çalışıb.

Çətinliklərlə üzləşəndə o, əsas hədəflərini xatırlayaraq intizamı qorumağa çalışıb. Bildirib ki, ailəsi və müəllimləri bu prosesdə ona çox dəstək olublar. O, beynəlxalq səviyyədə yarışmağın tamamilə fərqli bir təcrübə olduğunu deyir:

“İştirakçı ölkələr həmin yarışlar üçün ən yaxşı şagirdlərini seçir və siz orada digər ölkələri təmsil edən şagirdlərin səviyyəsini bilmədən yarışırsınız. Buna görə də öz potensialınızın ən yaxşısını göstərməyə çalışırsınız. Ölkəni milli komandada təmsil etmək və səhnədə bayrağımızı dalğalandırmaq unudulmaz və qürurverici hissdir.

Bu yarışların əsas məqsədlərindən biri də dünyanın hər yerindən olan şagirdləri bir araya gətirib onların əlaqə yaratmasına, gələcəkdə elm sahəsində töhfə verməsinə şərait yaratmaqdır. Orada hər kəs bir-biri ilə ünsiyyət qurur, fikirlərini mübadilə edir”.

Nəzrin qeyd edib ki, olimpiada zamanı keçirilən ekskursiyalar və imtahanlardan sonrakı oyunlar çox maraqlı olurdu. O hesab edir ki, bu qərar (müsabiqədənkənar qəbul) ölkəmizdə şagirdlər üçün böyük bir fürsətdir. Xüsusilə son illərdə daha çox məktəblinin olimpiadalarda iştirak etməsi təqdirəlayiqdir.

Gələcək planlarından danışan Nəzrin bildirib ki, xaricdə təhsil almağı düşünür:

“Oradan əldə etdiyim bilik və yenilikləri ölkəmizdə tətbiq edib onun inkişafına dəstək olmaq istəyirəm. Erkən yaşdan olimpiadalara başlamaq gələcək üçün böyük üstünlükdür. Buna görə də ailələrin Elm və Təhsil Nazirliyinin keçirdiyi olimpiadalar barədə məlumatlı olması və şagirdləri bu istiqamətə yönləndirməsi vacibdir. Şagirdlərə tövsiyəm odur ki, olimpiadalara hazırlaşarkən məqsədli, planlı olsunlar və özlərinə inansınlar”.

Yunis İsayev Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunudur.

Aşağı siniflərdən riyaziyyat və informatikaya böyük maraq göstərib və bu səbəbdən ADA Universitetində “Kompüter elmləri” ixtisasını seçib:

“Bu ixtisas hər iki fənni özündə birləşdirir. Həmçinin günümüzdə kompüterləşmənin artması bu sahənin vacibliyini bir daha təsdiqləyir”.

Yunis həm yerli, həm də beynəlxalq səviyyəli bir sıra yarışlarda iştirak edib. Onun uğurları sırasında RFO və müxtəlif bilik yarışları, beynəlxalq miqyasda isə Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadası, “İstedadların Hazırlığı Laboratoriyası” Beynəlxalq Olimpiadası və Balkan Riyaziyyat Olimpiadası yer alır:

“Riyaziyyata marağım hələ kiçik yaşlarımdan başlayıb. Bu marağın formalaşmasında ailəmin, müəllimlərimin dəstəyi, xüsusilə də riyaziyyat olimpiadalarında uğur qazanmış əmioğlumun təsiri böyük olub. Onun olimpiadaçı olması məndə də həvəs yaratdı. Olimpiadaya hazırlıq maraqlı, eyni zamanda çətin idi. Gündəlik çalışma saatlarım dəyişsə də, ümumilikdə 5–8 saat hazırlaşırdım”.

Yunis beynəlxalq yarışlarda iştirakını xatırlayaraq deyir:

“Digər ölkələrdən olan olimpiadaçılarla tanış olmaq və onlarla ünsiyyət qurmaq çox qürurverici və əyləncəli idi. Birlikdə müxtəlif fəaliyyətlərdə iştirak etdik və bu da dostluq mühitinin yaranmasına səbəb oldu. Ciddi çətinliklərlə qarşılaşmadım, lakin imtahanlara görə bəzən başqa dərslərə daha az vaxt ayırmalı olurdum”.

Onun fikrincə, müsabiqədənkənar qəbul olimpiadaya marağı artıran mühüm stimuldur: “Bu addım uşaqlara göstərir ki, əməkləri nəticəsiz qalmayacaq”.

Gələcək planlarına gəldikdə isə Yunis universiteti bitirdikdən sonra magistr təhsilini xaricdə davam etdirməyi düşünür. Boş vaxtlarında futbol oynamaq, stolüstü tennis, futbol izləmək, musiqi dinləmək və kitab oxumaq Yunisin sevimli məşğuliyyətləridir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pakistan ABŞ və İranı atəşkəs rejiminə ciddi əməl etməyə çağırdı

Pakistan ABŞ və İranı atəşkəs rejiminə ciddi əməl etməyə çağırdı

Nyu-York metrosunda bir nəfər maçete ilə sərnişinlərə hücum etdi - VİDEO

Nyu-York metrosunda bir nəfər maçete ilə sərnişinlərə hücum etdi - VİDEO

Çində robotlar bunu da bacaracaqlar - VİDEO

Çində robotlar bunu da bacaracaqlar - VİDEO

Kriştiano Ronaldo karyerasında 968-ci qolunu vurdu - VİDEO

Kriştiano Ronaldo karyerasında 968-ci qolunu vurdu - VİDEO

İsmayıl Baqai: “Bu görüşdə razılaşma gözlənilmirdi”

İsmayıl Baqai: “Bu görüşdə razılaşma gözlənilmirdi”

Londonda Fələstinə dəstək aksiyasında 500-dən çox şəxs TUTULDU - VİDEO

Londonda Fələstinə dəstək aksiyasında 500-dən çox şəxs TUTULDU - VİDEO

Rəsmi Tehran danışıqların nəticəsiz qalmasına görə məsuliyyəti ABŞ-ın üzərinə qoydu

Rəsmi Tehran danışıqların nəticəsiz qalmasına görə məsuliyyəti ABŞ-ın üzərinə qoydu

Telefon SAHİBLƏRİNƏ: Signal-da silinmiş mesajları oxumaq mümkündür

Telefon SAHİBLƏRİNƏ: Signal-da silinmiş mesajları oxumaq mümkündür

"Turan Tovuz" bu gün "Sumqayıt"ı sınağa çəkəcək

"Turan Tovuz" bu gün "Sumqayıt"ı sınağa çəkəcək

Melaniya Trampın açıqlaması Ağ Evdə yeni qalmaqal dalğası yaratdı - FOTO

Melaniya Trampın açıqlaması Ağ Evdə yeni qalmaqal dalğası yaratdı - FOTO

Pakistan XİN-dən ABŞ-İran danışıqlarının nəticələri ilə bağlı AÇIQLAMA

Pakistan XİN-dən ABŞ-İran danışıqlarının nəticələri ilə bağlı AÇIQLAMA

Hava limanında bir kişi balta ilə ABŞ hərbi təyyarəsinə hücum etdi - VİDEO

Hava limanında bir kişi balta ilə ABŞ hərbi təyyarəsinə hücum etdi - VİDEO

Birgə yaşadıqları 60 milyonluq malikanəni CeyLoya verdi

Birgə yaşadıqları 60 milyonluq malikanəni CeyLoya verdi

Macarıstanda parlament seçkiləri: Orbanın partiyası qalib gələcəkmi?

Macarıstanda parlament seçkiləri: Orbanın partiyası qalib gələcəkmi?

Mehriban Əliyeva Müqəddəs Pasxa bayramı ilə bağlı paylaşım etdi - FOTO

Mehriban Əliyeva Müqəddəs Pasxa bayramı ilə bağlı paylaşım etdi - FOTO

ABŞ İranla hansı məsələlərdə razılığa gələ bilməyib? - SİYAHI

ABŞ İranla hansı məsələlərdə razılığa gələ bilməyib? - SİYAHI

Tramp: “İranla razılaşma olsa da, olmasa da, mənim üçün fərqi yoxdur” - VİDEO

Tramp: “İranla razılaşma olsa da, olmasa da, mənim üçün fərqi yoxdur” - VİDEO

İran XİN: ABŞ-la 2-3 mühüm mövzuda fikir ayrılığı qalıb

İran XİN: ABŞ-la 2-3 mühüm mövzuda fikir ayrılığı qalıb

Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ oldu

Vens: “İranla razılığa gəlmədən ABŞ-a qayıdırıq” - VİDEO

Vens: “İranla razılığa gəlmədən ABŞ-a qayıdırıq” - VİDEO

Bu gün IX sinif şagirdləri imtahan verəcək

Bu gün IX sinif şagirdləri imtahan verəcək

"Bunu dövlət səviyyəsində qadağan edərdim"

"Bunu dövlət səviyyəsində qadağan edərdim"

Avtomobil bazarında gözlənilməz dönüş: Maşınlar təcili satılır, qiymətlər enir

Avtomobil bazarında gözlənilməz dönüş: Maşınlar təcili satılır, qiymətlər enir

Adınızın sirri: ad insanın taleyinə necə təsir edir?

Adınızın sirri: ad insanın taleyinə necə təsir edir?

End of content

No more pages to load

RADİO