Mətbuat bir fədaisini də itirdi - Arif Əbdüloğludan miras qalanlar

Zamanın axarında bəzən elə insanlar olur ki, onların varlığı təkcə yaşadığı dövrə deyil, gələcək nəsillərə də yol göstərir. Onlar sözlə düşüncəyə yol açar, qələmlə ürəklərə toxunar, həqiqətlə zamanın sınağından keçərlər. Arif Əbdüloğlu (İsmayılov) - jurnalist, şair, yazıçı və publisist kimi tanıdığımız bu dəyərli insan da məhz belə simalardan biri idi.

Hər sətirində xalqına olan sevgisini, millətinə olan sədaqətini ifadə edən bir ziyalı artıq aramızda yoxdur. Onun qələmindən süzülən sözlər indi susub, amma ruhu, irsi, yaratdıqları bizi tərk etməyib...

Azərbaycan ədəbiyyatının təmkinli və səmimi səsi, öz yaradıcılığı ilə milli ruhu və vətən sevgisini qələmə alan Arif müəllim ötən gün 86 yaşında dünyasını dəyişib.

Arif Əbdüloğlunun həyat yolu jurnalistikanın, poeziyanın və publisistikanın qovşağında keçirdi.
 

Şair olaraq onun misraları sevginin, Vətənin, həyatın içindən gəlirdi. Onun yazdıqlarında nə süni pafos, nə də quru ritorika vardı - sadə, səmimi, amma bir o qədər də təsirli. Oxucu onun şeirlərində öz dərdini, öz sevincini tapırdı.


Arif Əbdüloğlu jurnalistlik fəaliyyətinə 1963-cü ildə Zaqatalada çıxan rayonlararası "Qırmızı bayraq" qəzetində başlamış, sonrakı illərdə "Sovet kəndi", "Həyat" qəzetlərində çalışmışdı. O, Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına layiq görülmüşdü.
 

Arif müəllim yazdığı hər yazıda cəmiyyətin aynasını tutdu, gündəmin arxa fonunda qalan həqiqətləri gün üzünə çıxardı. Onun publisistik yazıları həm jurnalistik nümunə, həm də ədəbi dəyər daşıyırdı. Sözə, dürüstlüyə, vətəndaş mövqeyinə sadiq bir insan kimi Arif müəllim qələmini heç vaxt əyiltmədi, ucuz populyarlığa dəyişmədi.


Bizim.Media xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid mərhumla bağlı xatirələrini Modern.az-la bölüşərkən Arif Əbdüloğlunun jurnalistik fəaliyyətinə böyük hörmətinin olduğunu bildirib:
 

"Arif Əbdül oğlu İsmayılov Prezidentin 21 iyul 2025-ci il tarixində imzaladığı "Azərbaycan Mətbuatının 150 İlliyi" ilə bağlı sərəncamına əsasən, üçüncü dərəcəli "Əmək" ordeni ilə təltif olunmuşdu. Mən Arif müəllimlə uzun illərdir tanışam.



O, "Sovet kəndi" qəzetində işləyəndə bu sahənin ən yaxşı bilicilərindən sayılırdı. Həmişə də əməkdaşların, jurnalistlərin ona böyük hörmət və ehtiramla yanaşdığının şahidi olmuşam.

Sonralar ara-sıra görüşürdük. Mənim ona və onun jurnalistik fəaliyyətinə böyük hörmətim, ehtiramım olub".

R.Məcid Arif Əbdüloğlunun vəfat etməsindən təsirləndiyini vurğulayıb:

"Son illər onun həm də ədəbi-bədii yaradıcılığı vardı. Bakıda, Türkiyədə kitabı nəşr olunmuşdu.
 

85 illiyi ilə bağlı Mətbuat Şurasında keçirdiyimiz tədbirdə də onun vaxtilə bir yerdə çalışdığı həmkar dostları iştirak etdi. Gözəl xatirələrini danışdılar. Elə bilirəm ki, o sanballı, zəhmətkeş insan olub. Eyni zamanda, peşəkar jurnalist fəaliyyəti göstərib. Kənd təsərrüfatı sahəsində ixtisaslaşmış bir jurnalist kimi onu hamı xatırlayır. Son vaxtlaradək əlaqə saxlayırdıq.


Mən onunla böyük ehtiramla danışırdım. Onun vəfat xəbəri məni üzdü. Yaxınlarına, doğmalarına başsağlığı verirəm".



Mətbuat Şurasının Ahıllar Məclisinin sədr müavini Əminə Yusifqızı:

"Onun rəhmətə getməsinə o qədər pis oldum ki... Yaşı ötsə də, inanın o qədər qıvraq, həyat dolu insan idi ki, heç deməzdin ki, bu gün-sabah dünyasını dəyişə bilər. Hamımız ona böyük ehtiram və məhbbətlə yanaşırdıq. Arif müəllimi son dərəcə gözəl insan, peşəkar jurnalist kimi xarakterizə edirəm. Məni ona cəlb edən xüsusiyyəti həyatla dolu insan olmasıydı.

85 illik yubileyini Mətbuat Şurasında keçirdik. Amma qətiyyən ona 85 yaş vermək olmazdı.
 

Söhbət etdik, şəkil çəkdirdik. Mən ondakı həyata bağlılıqdan müsbət enerji aldım. Düşündüm ki, demək yaşamağa dəyər, 85 yaş hələ qocalmaq demək deyil".


Şair, publisist Vaqif Bəhmənli Arif Əbdüloğlu ilə bir yerdə işlədiklərini xatırlayaraq, kədərini belə ifadə edib:

"Mən sovetlər dönəmində fəaliyyət göstərən "Sovet kəndi" qəzetində onunla birlikdə işləmişəm.

Bu, Mərkəzi Komitənin qəzeti idi, Arif müəllim şöbə müdiri vəzifəsində çalışırdı. İlk dəfə orada tanış olduq. Onun necə zəhmətkeş, sözə, qəzetçiliyə böyük məhəbbətlə bağlı jurnalist olduğunu gördüm. Yorulmaq bilməyən insan idi. Qəzetdə maraqlı yazılar yazır, tematik səhifələr təşkil edirdi. Arif Əbdüloğlu tərtibat işlərini incəliyinə qədər bilirdi. Bu xüsuiyyət ondan mənə də keçib.

Onun tərtibatı xüsusilə fərqlənirdi.

Eyni zamanda mən onu insan kimi də çox müsbət qiymətləndirirəm. Ürəyiaçıq idi, hər kəsə yardım etməyə çalışırdı. Arif müəllimin şöbəsində işləyən gənclərə xüsusi diqqət, qayğı göstəridi ki, onlar irəli getsinlər. Rəhmətliklə xüsusi əlaqələrimiz vardı.
 

Bizə "Sovet kəndi" qəzetindən bağçılıq təsərüfatı yaratmışdlar. Mənə düşən torpaq sahəsində nəsə tikib etmədim, amma Arif müəllim rəhmətlik çox gözəl bağ saldı, hətta orada zəfərana qədər yetişdirirdi.


Mən onun bağında qonaq olmuşam, bütün meyvə ağacları var. Mənə elə gəlir ki, orada ilk ağacları, bitkiləri elə Arif əkib. Bağı da gözümün qabağına gətirirəm və görürəm ki, o, nə qədər həyatsevər insan olub. Mənə elə gəlir ki, Arif müəllim hələ bir az da çalışmalıydı, təəsüflənirəm ki, aramızdan getdi".



V.Bəhmənli söyləyib ki, mərhum təvazökarlığından heç vaxt şairlərin yanında şeir yazmağını etiraf etmirdi:

"O heç vaxt şeir yazdığını bildirmirdi, çox təvazökar idi. Mən sonralar bildim ki, onun çox gözəl, maraqlı, həyatdan gəlmə şeirləri var.
 

Arif Əbdüloğlu fundamental, tədqiqatçı jurnalist idi. Məsələn "Sovet kəndi" qəzeti ixtisaslaşmışdı, orada şöbələr ayrı idi, Arifin şöbəsi heyvandarlıqla bağlıydı. Təcrübələri yayırdı.


Özbəkistana, Ukrayanaya gedirdi, orada fermalarda işi necə qurublar, heyvandarlıq necədi, bütün bu məlumatları toplayıb gətirir, tərcümə edirdi. Allah rəhmət eləsin! Yəqin ki, onun yas mərasiminə özümü çatdırcam".

Arif Əbdüloğlunun vəfatı sadəcə bir insanın həyatdan köçü deyil, həm də böyük bir qələm sahibinin susması deməkdir. Lakin o, bizə elə bir irs qoyub gedib ki, bu sükutun özü belə danışacaq. Onun yazdıqları, dedikləri, bildirdiyi fikirlər zamanla daha da dəyər qazanacaq.

Çünki onun qələmə aldığı sözlər vicdanla, ürəklə, düşüncə ilə yazılıb.

Bu gün onu itirsək də, qələmi hələ yaşayır. Kitablarında, məqalələrində, poeziyasında o hələ bizimlədir. Onun sözü yaddaşımızda, ruhumuzda iz salıb.

Ruhunuz şad olsun, Arif müəllim!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məktəblilər Ukraynaya yardımı tənqid etdiyinə görə Fitsonun keçirdiyi iclası tərk etdilər - VİDEO

Məktəblilər Ukraynaya yardımı tənqid etdiyinə görə Fitsonun keçirdiyi iclası tərk etdilər - VİDEO

Messi Hindistanda sərvət qazanacaq

Messi Hindistanda sərvət qazanacaq

"Dünyanın ən gözəl qadını" seçildi - SİYAHI

"Dünyanın ən gözəl qadını" seçildi - SİYAHI

Süni intellektin daha bir ZƏRƏRİ - Mütəxəssislər XƏBƏRDARLIQ EDİR

Süni intellektin daha bir ZƏRƏRİ - Mütəxəssislər XƏBƏRDARLIQ EDİR

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

İradə İbrahimova ayrılıq iddialarına CAVAB VERDİ - VİDEO

İradə İbrahimova ayrılıq iddialarına CAVAB VERDİ - VİDEO

Klopp "Liverpul"a qayıda bilər

Klopp "Liverpul"a qayıda bilər

WhatsApp sabahdan bu telefonlarda İŞLƏMƏYƏCƏK

WhatsApp sabahdan bu telefonlarda İŞLƏMƏYƏCƏK

Baş nazir Asiya İnkişaf Bankının prezidenti ilə görüşüb - FOTO

Baş nazir Asiya İnkişaf Bankının prezidenti ilə görüşüb - FOTO

“ARB TV”nin fəaliyyətinə xitam verilməsi ilə bağlı iddialara telekanaldan CAVAB

“ARB TV”nin fəaliyyətinə xitam verilməsi ilə bağlı iddialara telekanaldan CAVAB

Bu avtomobillər bahalaşdı - "Maşın bazarı"ndan VİDEOREPORTAJ

Bu avtomobillər bahalaşdı - "Maşın bazarı"ndan VİDEOREPORTAJ

Bakıda zəncirvari qəza - FOTO

Bakıda zəncirvari qəza - FOTO

Qubada toy karvanında yol hərəkəti qaydalarını pozan 8 nəfər SAXLANILDI - ÖZƏL

Qubada toy karvanında yol hərəkəti qaydalarını pozan 8 nəfər SAXLANILDI - ÖZƏL

Haalanddan komanda yoldaşlarına “QONAQLIQ” - FOTO

Haalanddan komanda yoldaşlarına “QONAQLIQ” - FOTO

Qusarda multikultural dəyərlərin təbliğinə həsr olunmuş seminar KEÇİRİLDİ - FOTO

Qusarda multikultural dəyərlərin təbliğinə həsr olunmuş seminar KEÇİRİLDİ - FOTO

İşçinin əmək hüquqlarını pozan şirkət 20 min manat CƏRİMƏLƏNDİ

İşçinin əmək hüquqlarını pozan şirkət 20 min manat CƏRİMƏLƏNDİ

Pulu mirasa çevirməyi bacaran BÜRCLƏR

Pulu mirasa çevirməyi bacaran BÜRCLƏR

Macarıstan Rusiyaya görə Aİ-ni MƏHKƏMƏYƏ VERİR

Macarıstan Rusiyaya görə Aİ-ni MƏHKƏMƏYƏ VERİR

Naxçıvanda fərdi yaşayış evi YANDI

Naxçıvanda fərdi yaşayış evi YANDI

Azərbaycan və Özbəkistan arasında uğurlu media əməkdaşlığı — FOTO

Azərbaycan və Özbəkistan arasında uğurlu media əməkdaşlığı — FOTO

Sosial şəbəkədə “9990” və “7770” nömrələrindən gələn zənglərlə bağlı araşdırma BAŞLADI

Sosial şəbəkədə “9990” və “7770” nömrələrindən gələn zənglərlə bağlı araşdırma BAŞLADI

Dumfris millidən KƏNARLAŞDIRILDI

Dumfris millidən KƏNARLAŞDIRILDI

Ərəstun Oruclu da Baş Prokurorluğa ÇAĞIRILDI

Ərəstun Oruclu da Baş Prokurorluğa ÇAĞIRILDI

Paytaxt yollarında TIXAC VAR - SİYAHI

Paytaxt yollarında TIXAC VAR - SİYAHI

End of content

No more pages to load

RADİO