Paytaxtın Binəqədi rayonundakı avtobus dayanacağına zərər vurulması və ərazidəki antisanitar vəziyyətlə bağlı paylaşılmış görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
DİN mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, dövlət əmlakına zərər vuran, ictimai yerdə antisanitar vəziyyət yaradaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxs saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb.
Bizim.Media