Xiyarın acı dadının səbəbi nədir?

Xiyarın bəzən ağızda qıcıqlandırıcı və acı dad buraxmasının əsas səbəbi nədir?

Bizim.Media xarici mətbauat istinadən xəbər verir ki, bu sualın cavabını 35 illik təcrübəyə malik bağban İrina Alekseeva verib.

Onun sözlərinə görə, acılığa səbəb olan maddə cucurbitacin adlanır və bu maddə əsasən bitkinin stressə düşməsi nəticəsində yaranır.

Bağbanın bildirdiyinə görə, bu stressin ən böyük səbəblərindən biri düzgün olmayan suvarma rejimidir. O qeyd edib ki, xiyarlar soyuq su ilə sulanmamalıdır. Suvarma üçün istifadə olunan suyun temperaturu 18 dərəcədən yuxarı, özü isə əvvəlcədən oturmuş olmalıdır. Havanın isti keçdiyi günlərdə xiyarları həftədə 2-3 dəfə suvarmaq və torpaqda nəmliyi saxlamaq üçün çarpayıların saman və ya quru otla malçlanması tövsiyə olunur.
 

Alekseeva əlavə edib ki, soyuq hava və kəskin temperatur dəyişiklikləri də cucurbitacin maddəsinin toplanmasını artırır. Bu səbəbdən xiyarları aqroliflə örtmək, qeyri-sabit iqlim şəraitində isə istixanada yetişdirmək daha məqsədəuyğundur.


Ekspert həmçinin qida maddələri balansına da diqqət yetirməyi vacib sayır. Onun sözlərinə görə, kalium və azot çatışmazlığı da acı dadın yaranmasına gətirib çıxara bilər. Bu baxımdan xiyarların peyindən daha çox kalium nitrat, kül və humat tərkibli gübrələrlə qidalandırılması məsləhətdir.

Sonda bağban vurğulayıb ki, həm həddindən artıq günəş şüaları, həm də soyuq hava cucurbitacinin miqdarını artırır.

Bu səbəbdən xiyarları yüngül kölgəli yerlərdə, məsələn qarğıdalı bitkisinin yanında yetişdirmək daha faydalı ola bilər. Formalaşdırma zamanı isə bitkinin bütün yarpaqlarını qoparmaq olmaz, çünki yarpaqlar bitkinin özünü sərin saxlamasına kömək edir. (Milli.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ayanın 42 min dollarlıq ad günü hədiyyəsi - FOTO

Ayanın 42 min dollarlıq ad günü hədiyyəsi - FOTO

ABŞ Prezidenti: İran heç vaxt nüvə silahına sahib olmayacaq

ABŞ Prezidenti: İran heç vaxt nüvə silahına sahib olmayacaq

Azərbaycanlı müğənniyə ağır itki - FOTO

Azərbaycanlı müğənniyə ağır itki - FOTO

İsraildə bayram tədbirləri ləğv edilir

İsraildə bayram tədbirləri ləğv edilir

İsrail yenidən müharibəyə hazırlaşır

İsrail yenidən müharibəyə hazırlaşır

Tramp: “Hörmüzdən keçid üçün ödəniş edən gəmilər saxlanılacaq”

Tramp: “Hörmüzdən keçid üçün ödəniş edən gəmilər saxlanılacaq”

İrana zərbələri nəticəsində 3,3 mindən çox insan ölüb

İrana zərbələri nəticəsində 3,3 mindən çox insan ölüb

"Qəbələ" öz meydanında "İmişli"yə uduzdu - VİDEO

"Qəbələ" öz meydanında "İmişli"yə uduzdu - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yol 2 gün bağlı olacaq

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yol 2 gün bağlı olacaq

Tovuzda evdə yağın: Köməksiz qalan şəxs təxliyə olundu - FOTO

Tovuzda evdə yağın: Köməksiz qalan şəxs təxliyə olundu - FOTO

Ağcabədidə toy mərasimində gənc oğlan vəfat edib

Ağcabədidə toy mərasimində gənc oğlan vəfat edib

Putinin Valdaydakı iqamətgahı ətrafında daha 7 HHM qülləsi yerləşdirildi

Putinin Valdaydakı iqamətgahı ətrafında daha 7 HHM qülləsi yerləşdirildi

Oğuzda uzun illər həllini tapmayan yol problemi - VİDEO

Oğuzda uzun illər həllini tapmayan yol problemi - VİDEO

Putin Pezeşkianla telefonla danışdı

Putin Pezeşkianla telefonla danışdı

Elvin Nərimandan Messiyə salam göndərdi - VİDEO

Elvin Nərimandan Messiyə salam göndərdi - VİDEO

Bu gün Nic qəsəbəsi qonaq-qaralı olub - FOTO

Bu gün Nic qəsəbəsi qonaq-qaralı olub - FOTO

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa etdi

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa etdi

Antalya Diplomatiya Forumu dünya siyasətçilərini bir araya gətirəcək

Antalya Diplomatiya Forumu dünya siyasətçilərini bir araya gətirəcək

Peskov: “Donbas sərhədlərinə çatdıqdan sonra Kiyevlə danışmaq daha çətin olacaq”

Peskov: “Donbas sərhədlərinə çatdıqdan sonra Kiyevlə danışmaq daha çətin olacaq”

İran neft emalı zavodlarının gücünü 1-2 aya bərpa edəcək - Nazir müavini

İran neft emalı zavodlarının gücünü 1-2 aya bərpa edəcək - Nazir müavini

"Ümid-Babək" yatağı ilə bağlı sənəd imzalandı

"Ümid-Babək" yatağı ilə bağlı sənəd imzalandı

Peskov: “Ukraynada davamlı sülhə “bu gün” də nail olmaq olar”

Peskov: “Ukraynada davamlı sülhə “bu gün” də nail olmaq olar”

Zaur Mikayılov: “Sənədsiz evlərə su verilməyəcək” - VİDEO

Zaur Mikayılov: “Sənədsiz evlərə su verilməyəcək” - VİDEO

İranın Vaşinqtondan fərqli olaraq əlində daha çox “kozırı” var - Amerikalı diplomat

İranın Vaşinqtondan fərqli olaraq əlində daha çox “kozırı” var - Amerikalı diplomat

End of content

No more pages to load

RADİO