Xəbər verdiyimiz kimi, avqustun 16-da səhər saatlarında Cəlilabad rayonunun Alar kəndində qətl hadisəsi baş verib. Kənd sakini, 1963-cü il təvəllüdlü Rəviyyə Əliheydər qızı Nərimanova yaşadığı evdə kəsici alətlə qətlə yetirilib.
DİN-in Mətbuat Xidmətinin cənub regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, cinayəti ailə münaqişəsi zəminində törətməkdə şübhəli bilinən onun qaynı – 1984-cü il təvəllüdlü Təhmasib Tərixan oğlu Əliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu