Azərbaycanda icra başçısını ittiham edən qohumu barədə qərar verildi

Ali Məhkəmədə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkirov və eks-baş mühasibi Rəşad Babayevin barələrindəki qərardan verdikləri kassasiya şikayəti üzrə məhkəmə yekunlaşıb.

Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, Rəşad Babayev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun qohumudur. Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkirovla birgə hakim qarşısına çıxarılan baş mühasib Rəşad Babayev 194 min manat mənimsəməkdə ittiham edilib.

Rəşad Babayev ilkin məhkəmə instansiyasında demişdi ki, əvvəllər rabitə sahəsində mühasib işləyib. Sonradan Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sabiq sədri Seymur Orucovun vasitəsilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqına baş mühasib vəzifəsinə təyinat alıb.

İttihama görə o, ittifaqda mühasib kimi işlədiyi vaxt "ASAN İmza" ilə təsdiq edildikdən və ya özü tərəfindən imzalanmasına nail olduqdan sonra, 2020-ci ilin martından 2022-ci il iyun ayına kimi aylıq özünə ən çoxu 10 min 842 manat 97 qəpik maaş yazıb. Beləcə qurumun 194 min manatını mənimsəyib.
 

Rəşad Babayev məhkəmədə Seymur Orucovun adını çəkməklə mənimsəməyə məcbur edildiyini deyib. Sabiq baş mühasib qurumda Seymur Orucovun tapşırıqlarını da yerinə yetirdiyini bildirib. Onun sözlərinə görə, ittifaqda müqavilə əsasında xidmət göstərən Gülbəniz adlı qadının oğlu Fərid Bayramovun Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (Rabitə) Dövlət Radiotezliklər İdarəsinə işə bərpa olunmasına köməklik göstərəcəyini, lakin qarşılığında 20 min manat alınacağını deyib. Bu barədə Seymur Orucovla danışıb və sonuncu Fəridi işə götürə biləcəyini bildirib. Rəşad Babayev məhkəmədə Fəridin işə düzəlməyinə görə ailəsindən aldığı 20 min manatı Seymur Orucova verdiyini də iddia edib. Seymur Orucov icra başçısı təyin olunduqdan sonra Fəridin işə düzəlməsi ilə bağlı məsələ dayandırılıb.


Bir müddət sonra Gülbəniz adlı qadın oğlu işə düzəlmədiyi üçün baş mühasibə verdiyi 20 min manatı geri tələb edib. Rəşad Babayev bu barədə Seymur Orucova məlumat verib. İcra başçısı isə Gülbənizə narahat olmamasını bildirib. Bundan sonra Rəşad Babayev ittifaqın vəsaitlərinin xərclənməsində maxinasiyaya yol verməyə başlayıb.

Məhkəmənin qərarı ilə Rəşad Babayev Cinayət Məcəlləsinin külli miqdarda dələduzluq, mənimsəmə, vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirli bilinib və 7 il müddətə azadlıqdan məhrum edilib. İsrafil Bəkirov isə Cinayət Məcəlləsinin səhlənkarlıq maddəsi ilə təqsirli bilinib, 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Ayağına elektron qolbaq bağlanıb. Məhkəmə Rəşad Babayevin ifadəsi əsasında Seymur Orucov barəsində xüsusi qərardad çıxarmayıb.

Rəşad Babayevlə İsrafil Bəkirovun barələrindəki hökmdən apellyasiya şikayətləri hakim İbrahim İbrahimlinin sədrliyi ilə araşdırılıb. İlkin instansiyada Rəşad Babayevə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Apellyasiya instansiyasında cəza 6 il 9 aya endirilib. İsrafil Bəkirovun cəzası isə dəyişdirilmədən saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Argentina millisindən QƏLƏBƏ

Argentina millisindən QƏLƏBƏ

Bu qidalar botulizm dəhşəti yaşada bilər

Bu qidalar botulizm dəhşəti yaşada bilər

Reşford Premyer Liqaya qayıda bilər

Reşford Premyer Liqaya qayıda bilər

Məşhurlar retro tərzdə qırmızı xalçada - FOTO

Məşhurlar retro tərzdə qırmızı xalçada - FOTO

ABŞ rəsmiləri Trampın nüvə sınaqları ilə bağlı qərarını dəyişməsinə ÇALIŞIRLAR

ABŞ rəsmiləri Trampın nüvə sınaqları ilə bağlı qərarını dəyişməsinə ÇALIŞIRLAR

Ötən ay hansı məhsullar BAHALAŞIB? - VİDEO

Ötən ay hansı məhsullar BAHALAŞIB? - VİDEO

"Çelsi" 16 yaşlı futbolçu ilə RAZILAŞDI

"Çelsi" 16 yaşlı futbolçu ilə RAZILAŞDI

“Korrupsiya qalmaqalına baxmayaraq, Ukraynaya yardım davam etməlidir” - Stoltenberq

“Korrupsiya qalmaqalına baxmayaraq, Ukraynaya yardım davam etməlidir” - Stoltenberq

Sumqayıtda evdən meyit TAPILDI

Sumqayıtda evdən meyit TAPILDI

"Maradona" stadionunda "Qarabağ"a nə qədər yer ayrılıb?

"Maradona" stadionunda "Qarabağ"a nə qədər yer ayrılıb?

Aşıq Mübariz biznesinə görə borca düşdü - VİDEO

Aşıq Mübariz biznesinə görə borca düşdü - VİDEO

“Lukoyl” beynəlxalq aktivlərinin satışına BAŞLADI

“Lukoyl” beynəlxalq aktivlərinin satışına BAŞLADI

Bu qəhvələri İÇMƏYİN: Görməniz itə bilər

Bu qəhvələri İÇMƏYİN: Görməniz itə bilər

MLS-in təqvimi dəyişdi

MLS-in təqvimi dəyişdi

Türkiyədə faciəvi şəkildə həlak olan Emin vətəndə DƏFN OLUNDU

Türkiyədə faciəvi şəkildə həlak olan Emin vətəndə DƏFN OLUNDU

Rumıniya Rusiyaya NOTA VERDİ

Rumıniya Rusiyaya NOTA VERDİ

Ülviyyə Namazova estetik əməliyyatlarının sayını AÇIQLADI - VİDEO

Ülviyyə Namazova estetik əməliyyatlarının sayını AÇIQLADI - VİDEO

Quterreş Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini PİSLƏDİ

Quterreş Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini PİSLƏDİ

Cüdoçumuz bürünc medal QAZANDI

Cüdoçumuz bürünc medal QAZANDI

Bakıda doqquzmərtəbəli binada YANĞIN OLDU - VİDEO

Bakıda doqquzmərtəbəli binada YANĞIN OLDU - VİDEO

"İndi müğənni sayan var?"

"İndi müğənni sayan var?"

Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb? - Rəsmi açıqlama

Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb? - Rəsmi açıqlama

Türkiyə millisində İTKİ

Türkiyə millisində İTKİ

Azərbaycanlı model rus aktrisa ilə EVLƏNDİ - FOTO

Azərbaycanlı model rus aktrisa ilə EVLƏNDİ - FOTO

End of content

No more pages to load

RADİO