Azərbaycan Zəngəzur dəhlizi ilə tranzitdən əhəmiyyətli gəlir əldə edəcək - FOTO

Avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin görüşündə əldə olunan razılaşmalar rəsmi Bakının regional ticarət də daxil olmaqla mövqeyini gücləndirir, həmçinin Türkiyə ilə Azərbaycan arasında müttəfiqliyi gücləndirir.

Bizim.Media xəbər verir ki, bu fikri “Sabah” qəzetində Türkiyənin Uludağ Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin professoru Mehmet Yüce söyləyib.

Onun sözlərinə görə, Ağ evdə səslənən bəyanatlar Azərbaycanın regional logistika və enerji qovşağı kimi potensialını üzə çıxarmağa imkan verir. “Azərbaycan Zəngəzur dəhlizi ilə tranzitdən əhəmiyyətli gəlir əldə etməyə başlayacaq. Eyni zamanda, Azərbaycan iqtisadiyyatına, o cümlədən respublikanın işğaldan azad edilmiş ərazilərinə sərmayə qoyuluşu üçün yeni imkanlar açılacaq”, -deyə türkiyəli ekspert yazıb.

O, Azərbaycanın qeyri-neft sektorunu "Qərb investisiyalarının cəlb edilməsi üçün ciddi sahə" adlandırıb.

Ekspert əlavə edib: “Zəngəzur dəhlizi təkcə Azərbaycanın deyil, bütün regionun, o cümlədən Ermənistanın iqtisadiyyatı üçün təkan olacaq. Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya Cənubi Qafqazda qüvvələr balansını kökündən dəyişəcək”.

M.Yüce avqustun 8-də Qərbin Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin nəticələrini rəsmən tanıdığını vurğulayıb.

Vaşinqton görüşünün Türkiyə üçün nəticələrinə toxunan Uludağ Universitetinin professoru Zəngəzur dəhlizinin açılmasının Ankaranın mövqeyinə heç bir mənfi təsir etməyəcəyinə diqqət çəkib. “Əksinə, Türkiyə mövqelərini gücləndirərək Orta Asiyanın türk ölkələrinə çıxış əldə edir”, -deyə o qeyd edib.

Professor Zəngəzur dəhlizinin açılmasını istəməyən qüvvələrin İrəvana və Bakıya təzyiqləri ilə bağlı riskləri də diqqətə çatdırıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Argentina millisindən QƏLƏBƏ

Argentina millisindən QƏLƏBƏ

Bu qidalar botulizm dəhşəti yaşada bilər

Bu qidalar botulizm dəhşəti yaşada bilər

Reşford Premyer Liqaya qayıda bilər

Reşford Premyer Liqaya qayıda bilər

Məşhurlar retro tərzdə qırmızı xalçada - FOTO

Məşhurlar retro tərzdə qırmızı xalçada - FOTO

ABŞ rəsmiləri Trampın nüvə sınaqları ilə bağlı qərarını dəyişməsinə ÇALIŞIRLAR

ABŞ rəsmiləri Trampın nüvə sınaqları ilə bağlı qərarını dəyişməsinə ÇALIŞIRLAR

Ötən ay hansı məhsullar BAHALAŞIB? - VİDEO

Ötən ay hansı məhsullar BAHALAŞIB? - VİDEO

"Çelsi" 16 yaşlı futbolçu ilə RAZILAŞDI

"Çelsi" 16 yaşlı futbolçu ilə RAZILAŞDI

“Korrupsiya qalmaqalına baxmayaraq, Ukraynaya yardım davam etməlidir” - Stoltenberq

“Korrupsiya qalmaqalına baxmayaraq, Ukraynaya yardım davam etməlidir” - Stoltenberq

Sumqayıtda evdən meyit TAPILDI

Sumqayıtda evdən meyit TAPILDI

"Maradona" stadionunda "Qarabağ"a nə qədər yer ayrılıb?

"Maradona" stadionunda "Qarabağ"a nə qədər yer ayrılıb?

Aşıq Mübariz biznesinə görə borca düşdü - VİDEO

Aşıq Mübariz biznesinə görə borca düşdü - VİDEO

“Lukoyl” beynəlxalq aktivlərinin satışına BAŞLADI

“Lukoyl” beynəlxalq aktivlərinin satışına BAŞLADI

Bu qəhvələri İÇMƏYİN: Görməniz itə bilər

Bu qəhvələri İÇMƏYİN: Görməniz itə bilər

MLS-in təqvimi dəyişdi

MLS-in təqvimi dəyişdi

Türkiyədə faciəvi şəkildə həlak olan Emin vətəndə DƏFN OLUNDU

Türkiyədə faciəvi şəkildə həlak olan Emin vətəndə DƏFN OLUNDU

Rumıniya Rusiyaya NOTA VERDİ

Rumıniya Rusiyaya NOTA VERDİ

Ülviyyə Namazova estetik əməliyyatlarının sayını AÇIQLADI - VİDEO

Ülviyyə Namazova estetik əməliyyatlarının sayını AÇIQLADI - VİDEO

Quterreş Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini PİSLƏDİ

Quterreş Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini PİSLƏDİ

Cüdoçumuz bürünc medal QAZANDI

Cüdoçumuz bürünc medal QAZANDI

Bakıda doqquzmərtəbəli binada YANĞIN OLDU - VİDEO

Bakıda doqquzmərtəbəli binada YANĞIN OLDU - VİDEO

"İndi müğənni sayan var?"

"İndi müğənni sayan var?"

Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb? - Rəsmi açıqlama

Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb? - Rəsmi açıqlama

Türkiyə millisində İTKİ

Türkiyə millisində İTKİ

Azərbaycanlı model rus aktrisa ilə EVLƏNDİ - FOTO

Azərbaycanlı model rus aktrisa ilə EVLƏNDİ - FOTO

End of content

No more pages to load

RADİO