Abituriyentlər bu ixtisasları seçmir

Son illərdə əmək bazarının tələbləri ilə ali təhsil ixtisasları arasındakı uyğunsuzluq getdikcə daha aydın görünür. Müəyyən sahələr üzrə mütəxəssis hazırlığı davam etsə də, həmin ixtisasların real iş imkanları məhdud olduğundan abituriyentlərin seçim marağı azalır. 

Bəs gələcəkdə hansı sahələrdə kadr çatışmazlığı gözlənilir?

Bizim.Media xəbər verir ki, Metbuat.az-a açıqlama verən təhsil eksperti Elçin Muradın sözlərinə görə, ali təhsil müəssisələrində, xüsusilə müəllimlik sahəsində kadr çatışmazlığı gələcəkdə yaşana bilər.

Ekspertin sözlərinə görə, müəllimlik sahəsinə maraq göstərən şagirdlərin sayı demək olar ki, azdır və bu da haqlıdır:

“Abituriyent bu gün açıq şəkildə cəmiyyətdə müəllimlərin necə əziyyət çəkdiyini, çətin proseslərdən keçdiyini görür. Ona görə də müəllimlik ixtisasına yönəlmir. Digər tərəfdən, müəllimlərin MİQ imtahanı məsələsi ortaya çıxır, çətinliklə imtahandan keçənlər sonradan vakansiya tapa bilmirlər. Bu isə istər-istəməz həmin abituriyentin mövzudan uzaqlaşmasına, yəni seçmək istədiyi ixtisasdan imtina etməsinə gətirib çıxarır”.

E.Murad kadr çatışmazlığının yaşanacağı digər sahə kimi Regionşünaslıq fakültəsini göstərib:

“Yaxın gələcəkdə bu fakültəyə ümumiyyətlə abituriyent qəbulu dayana bilər. Çünki ölkədə regionşünaslıq ixtisası üzrə işləmək üçün xüsusi iş sahələri ya yoxdur, ya da çox azdır. Ona görə də bu ixtisas istənilən halda sıradan çıxa bilər. Dördüncü qrupda da vəziyyət oxşardır. Burada bəzi ixtisaslar artıq öz aktuallığını itirir. Məsələn, biologiya və psixologiya. Çünki cəmiyyətin psixoloqa və ümumən psixologiyaya baxışı bir qədər fərqlidir. Bu səbəbdən qəbul sayında fərq yaranır”.

Ekspert qeyd edib ki, bəzi ixtisaslarda azalma müşahidə olunur:

“Abituriyentlərin tərcüməçilik, filologiya, ərəb dili, fars dili ixtisaslarına da marağı azdır. Ona görə də bəzi ixtisaslar ümumiyyətlə sıradan çıxarılmalı, onların yerinə bazar iqtisadiyyatının tələblərinə uyğun olan ixtisaslar əlavə edilməlidir. Beləliklə, gələcəkdə məzunların işlə təminatı daha asan olar. Əks halda, tələbə oxuduğu ixtisas üzrə iş tapa bilmədikdə, sonrakı nəsil də həmin sahəyə şübhə ilə yanaşacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ və İran arasında nəticəsiz qalan danışıqların detalları AÇIQLANDI

ABŞ və İran arasında nəticəsiz qalan danışıqların detalları AÇIQLANDI

İstanbuldakı terror aktı ilə bağlı daha bir nəfər TUTULDU

İstanbuldakı terror aktı ilə bağlı daha bir nəfər TUTULDU

İsveçdə saxlanılan gəmi sərbəst buraxıldı

İsveçdə saxlanılan gəmi sərbəst buraxıldı

Bulvarda əkilən gülləri kim bu hala salıb? - VİDEO

Bulvarda əkilən gülləri kim bu hala salıb? - VİDEO

Azərbaycanda yaşayan Macarıstan vətəndaşları parlament seçkilərində iştirak ediblər

Azərbaycanda yaşayan Macarıstan vətəndaşları parlament seçkilərində iştirak ediblər

Hakan Fidan pakistanlı həmkarı ilə telefonla DANIŞDI

Hakan Fidan pakistanlı həmkarı ilə telefonla DANIŞDI

Pezeşkian: “İran ABŞ-la razılaşma əldə edə bilər”

Pezeşkian: “İran ABŞ-la razılaşma əldə edə bilər”

Səudiyyə Ərəbistanı İraqa NOTA VERDİ

Səudiyyə Ərəbistanı İraqa NOTA VERDİ

Tramp: “İran yenidən danışıqlar masasına qayıdacaq”

Tramp: “İran yenidən danışıqlar masasına qayıdacaq”

Azərbaycanlı idmançı “Ginnesin Rekordlar Kitabı”na düşdü

Azərbaycanlı idmançı “Ginnesin Rekordlar Kitabı”na düşdü

Egey dənizində gərgin anlar: Türklər yunan katerini ərazidən uzaqlaşdırdı - VİDEO

Egey dənizində gərgin anlar: Türklər yunan katerini ərazidən uzaqlaşdırdı - VİDEO

Tramp: “NATO-ya yenidən baxmalıyıq, bizim yanımızda olmadılar”

Tramp: “NATO-ya yenidən baxmalıyıq, bizim yanımızda olmadılar”

Bu meyvə xərçəng riskini azaldır

Bu meyvə xərçəng riskini azaldır

Salyanda 2 avtomobil toqquşdu - Yaralılar var

Salyanda 2 avtomobil toqquşdu - Yaralılar var

“Turan Tovuz” “Sumqayıt”a qalib gəldi - VİDEO

“Turan Tovuz” “Sumqayıt”a qalib gəldi - VİDEO

İstisuya qar yağır - VİDEO

İstisuya qar yağır - VİDEO

Məleykə Əsədova qızı ilə obyektiv qarşısına keçdi - VİDEO

Məleykə Əsədova qızı ilə obyektiv qarşısına keçdi - VİDEO

Tramp: “İstəsək, İranı bir günə məhv edə bilərik”

Tramp: “İstəsək, İranı bir günə məhv edə bilərik”

Azərbaycanda yenə qohum evliliyi baş tutub - Qanuna ƏMƏL ETMİRLƏR

Azərbaycanda yenə qohum evliliyi baş tutub - Qanuna ƏMƏL ETMİRLƏR

Rusiya ordusu Xarkov və Donetsk vilayətlərində irəliləyib

Rusiya ordusu Xarkov və Donetsk vilayətlərində irəliləyib

Heyvanın möcüzələri hər kəsi heyrətləndirir

Heyvanın möcüzələri hər kəsi heyrətləndirir

ABŞ Hörmüz boğazının minalardan təmizlənməsi üçün sualtı aparatlar tətbiq edəcək

ABŞ Hörmüz boğazının minalardan təmizlənməsi üçün sualtı aparatlar tətbiq edəcək

Orban seçkilərdə qalib gəlsə, Ukrayna vəd edilən 90 milyard avronu alacaqmı?

Orban seçkilərdə qalib gəlsə, Ukrayna vəd edilən 90 milyard avronu alacaqmı?

“Traktor” Səudiyyə Ərəbistanına yollandı

“Traktor” Səudiyyə Ərəbistanına yollandı

End of content

No more pages to load

RADİO