Moskvadan Lənkərana gəlib arvadını öldürməyə cəhd etdi

Moskvadan Lənkərana gələn kişi evində arvadını öldürməyə cəhd edib.

Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, hadisə rayonun Türkəkəran kəndində baş verib.

Kənd sakini, 1973-cü il təvəllüdlü Sərvan Tahirov 1996-cı ildən Rəsmiyyə ilə rəsmi nikah olmadan ər-arvad münasibətlərində yaşayıb.
 

Bir müddətdən sonra Sarvan Moskvaya işləməyə gedib və orada yaşamağa başlayıb. Bir müddətdən sonra o, həyat yoldaşının onun ailə üzvləri ilə yola getmədiyini eşidib və bu barədə həyat yoldaşı iIə telefonla danışıb. Amma danışıqlar heç bir nəticə verməyib, Rəsmiyyə onun ailə üzvləri və qonşularla münaqişə edib. 


Bir neçə dəfə Lənkərana qayıdan Sarvan hər dəfə gələndə həyat yoldaşı ilə mübahisə etsə də, nəticə olmayıb. Bundan sonra Sarvan arvadını evdən qovub. Həyat yoldaşı evdən çıxaraq atasının evinə getsə də, orada da ailədaxili mübahisələr yaradıb və nəticədə onu atası evindən də çıxarıblar. Çarəsiz qalan Rəsmiyyə 2024-cü ildə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə müraciət edərək, evinə qayıtmaq istədiyini bildirib.

Polis əməkdaşları Sarvan Tahirovu şöbəyə dəvət edib və ona ailəsi ilə normal davranmağı tövsiyə edib. Polis əməkdaşlarının danışığından sonra Rəsmiyyə evə qaytarılıb. Amma qadın yenə də əməllərini davam etdirib, evdə münaqişə yaradıb.

Məsələ ilə bağlı Sarvan həyat yoldaşı ilə yenidən danışsa da, nəticə olmayıb və qadın həyat yoldaşını söyüb.

Sonuncu mübahisədən sonra Rəsmiyyə evdə yataq otağına keçib, qapını örtüb. Sarvan həyat yoldaşını həmin otaqdan çıxarmaq istəyərkən, Rəsmiyyə yenidən onu söyüb və otaqdan çıxmayacağını bildirib. Sarvan ona başa salmağa çalışıb ki, həmin otaq oğluna və gəlininə məxsusdur, o otağa icazəsiz daxil olmasın. Rəsmiyyə isə onun dediklərinə əhəmiyyət vermədən həmin otaqda qalıb və ərini təhqir etməyə başlayıb. 

Hadisədən əsəbiləşən Sarvan mətbəxdən bıçaq götürüb həmin otağa keçib, heç kimin müdaxilə etməməsi məqsədi ilə otağın qapısını arxadan bağlayıb. O, özü ilə gətirdiyi bıçaqla Rəsmiyyənin qarın və sinə nahiyəsindən 4 zərbə endirib. Rəsmiyyəyə ağır xəsarətlər yetirən Sarvan onun öləcəyini güman edərək qapını açıb evdən çıxıb.
 

Dərhal otağa daxil olan evin gəlini Rəsmiyyənin yarasını bağlayaraq qanaxmanın qarşısını alıb və təcili yardım vasitəsilə onu xəstəxanaya çatdırıb. Həkimlərin səyi nəticəsində Rəsmiyənin həyatını xilas etmək mümkün olub.


Lənkəran ŞRPŞ-nin keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sarvan Tahirov saxlanılıb. O, cinayət əməlini törətdiyini etiraf edib və hadisədə istifadə etdiyi bıçağı polisə təqdim edib.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sarvan Tahirov 8 il 6 ay azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Argentina millisindən QƏLƏBƏ

Argentina millisindən QƏLƏBƏ

Bu qidalar botulizm dəhşəti yaşada bilər

Bu qidalar botulizm dəhşəti yaşada bilər

Reşford Premyer Liqaya qayıda bilər

Reşford Premyer Liqaya qayıda bilər

Məşhurlar retro tərzdə qırmızı xalçada - FOTO

Məşhurlar retro tərzdə qırmızı xalçada - FOTO

ABŞ rəsmiləri Trampın nüvə sınaqları ilə bağlı qərarını dəyişməsinə ÇALIŞIRLAR

ABŞ rəsmiləri Trampın nüvə sınaqları ilə bağlı qərarını dəyişməsinə ÇALIŞIRLAR

Ötən ay hansı məhsullar BAHALAŞIB? - VİDEO

Ötən ay hansı məhsullar BAHALAŞIB? - VİDEO

"Çelsi" 16 yaşlı futbolçu ilə RAZILAŞDI

"Çelsi" 16 yaşlı futbolçu ilə RAZILAŞDI

“Korrupsiya qalmaqalına baxmayaraq, Ukraynaya yardım davam etməlidir” - Stoltenberq

“Korrupsiya qalmaqalına baxmayaraq, Ukraynaya yardım davam etməlidir” - Stoltenberq

Sumqayıtda evdən meyit TAPILDI

Sumqayıtda evdən meyit TAPILDI

"Maradona" stadionunda "Qarabağ"a nə qədər yer ayrılıb?

"Maradona" stadionunda "Qarabağ"a nə qədər yer ayrılıb?

Aşıq Mübariz biznesinə görə borca düşdü - VİDEO

Aşıq Mübariz biznesinə görə borca düşdü - VİDEO

“Lukoyl” beynəlxalq aktivlərinin satışına BAŞLADI

“Lukoyl” beynəlxalq aktivlərinin satışına BAŞLADI

Bu qəhvələri İÇMƏYİN: Görməniz itə bilər

Bu qəhvələri İÇMƏYİN: Görməniz itə bilər

MLS-in təqvimi dəyişdi

MLS-in təqvimi dəyişdi

Türkiyədə faciəvi şəkildə həlak olan Emin vətəndə DƏFN OLUNDU

Türkiyədə faciəvi şəkildə həlak olan Emin vətəndə DƏFN OLUNDU

Rumıniya Rusiyaya NOTA VERDİ

Rumıniya Rusiyaya NOTA VERDİ

Ülviyyə Namazova estetik əməliyyatlarının sayını AÇIQLADI - VİDEO

Ülviyyə Namazova estetik əməliyyatlarının sayını AÇIQLADI - VİDEO

Quterreş Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini PİSLƏDİ

Quterreş Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini PİSLƏDİ

Cüdoçumuz bürünc medal QAZANDI

Cüdoçumuz bürünc medal QAZANDI

Bakıda doqquzmərtəbəli binada YANĞIN OLDU - VİDEO

Bakıda doqquzmərtəbəli binada YANĞIN OLDU - VİDEO

"İndi müğənni sayan var?"

"İndi müğənni sayan var?"

Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb? - Rəsmi açıqlama

Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb? - Rəsmi açıqlama

Türkiyə millisində İTKİ

Türkiyə millisində İTKİ

Azərbaycanlı model rus aktrisa ilə EVLƏNDİ - FOTO

Azərbaycanlı model rus aktrisa ilə EVLƏNDİ - FOTO

End of content

No more pages to load

RADİO